Maraqlı

5G ilə məlumatların ötürülmə sürətini iki dəfə artacaq

3 Mart 2020 07:31
0 Şərh     Baxış: 1 376
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koreyalı alimlər tərəfindən təqdim edilmiş yeni optik rabitə texnologiyası "5G" protokolu üzrə məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Məsələn, sistem 100 QB tutuma malik 4K formatında videonu təxminən 4 saniyə ərzində ötürməyə imkan verəcək. Koreyanın Elektronika və Telekommunikasiyalar Elmi Tədqiqat İnstitutunun alimlərinin araşdırmasına görə, yeni texnologiya "5G" şəbəkələrində məlumat trafikinin yüklənməsi problemini həll etməyə imkan verəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni sistem məlumat ötürmə sürəti təxminən 200 Qbit/s olan yığcam optik qurğu formasında hazırlanıb. Qurğu bir iterasiya üçün iki bit məlumat göndərir və rabitə qovşaqları arasındakı məlumatları başqa lokal şəbəkələrə 80 km-dək məsafədə effektiv şəkildə ötürməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.