Maraqlı

2020-nin trendi qatlanan smartfonlar olacaq

27 Fevral 2020 22:10
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfonların gündən-günə daha da inkişaf etdiyini deyə bilərik. 2019-cu ilin smartfonlar üçün əla bir il olduğunu qeyd etmək lazımdır. Qatlanabilən smartfonlar haqqında bu il çox danışıldı. Ümumiyyətlə, 2019 qatlanabilən smartfonlar ili oldu.

2020-nin trendi qatlanan smartfonlar olacaqqatlanabilən telefonları istifadəyə verən ilk şirkətlərdən biri Royale oldu. Royale FlexPai modeli ilə birlikdə 7.8 düymlük ekranı olan cihazı hər kəsə bəyəndirə bildi. Əlbəttə ki, bu telefon heç vaxt satışa təqdim edilmədiyindən istehlakçıya çata bilmədi.

Bu istiqamətdə ən böyük addım atan şirkətlər isə Samsung və Huawei oldu. Galaxy Fold modeli ilə tanış olan Samsung-dan sonra Huawei, Mate X adlı qatlanabilən telefon modelini təqdim etdi.

Qatlanabilən telefonlarla maraqlanan hər kəsin gözləri Apple-a yönəldi. Apple tərəfindən qatlanabilən smartfon modeli, ən azından konsepsiya gözlənilirdi. Ancaq belə bir şey olmadı.

Çoxunun gözü Apple-da olsa da, Motorola gözlənilmədən qatlanabilən smartfon trendinə qoşuldu. Samsung və Huawei-in qatlanabilən telefonlarına görə fərqli quruluşa sahib olan bu model çoxları tərəfindən bəyənildi.

Huawei və Samsung, Motorola-nın hərəkətindən sonra yeni qatlanabilən telefonlarını təqdim etməyə qərar verdi. Bu günə qədər ortaya çıxan məlumatlar doğru olarsa, Samsungun yeni smartfonu, Motorola RAZR modelinə tamamilə bənzər bir quruluşa sahib olacaq. Yeni Samsung Galaxy Foldun təqdimatının fevral ayında reallaşacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.