Maraqlı

Məşhur aktyorun 15 milyon dollarlıq evi sel sularının altında qalıb - FOTO

24 Fevral 2020 13:24
1 Şərh     Baxış: 2 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Corc Kluninin Böyük Britaniyadakı əmlakı daşqınlar səbəbindən sel sularının altında qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Daily Mail" xəbər verir.

Nəşr vurğulayıb ki, məşhur aktyora məxsus ərazidə tennis kortu və yay evinin verandası su altında qalıb.

Qeyd edək ki, Böyük Britaniyada "Dennis" fırtınası daşqınlara səbəb olub. Əlverişsiz hava səbəbindən Temza çayı daşıb.

Corc Kluni əmlakı 2014-cü ildə alıb. Əmlak 9,7 milyon dollara satışa çıxarılıb. Amma aktyorun mülkə nə qədər pul ödədiyi məlum deyil.

Hazırda mülkün dəyəri 15,5 milyon dollar qiymətləndirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.