Maraqlı

Xiaomi şirkəti daxili yaddaş həcminə sahib SIM kartın patentini aldı

25 Fevral 2020 21:15
0 Şərh     Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xiaomi şirkəti qeyri adi SIM kart patentini əldə edib. Belə ki, patentdə əks olunmuş məlumata əsasən bu, adi SIM kart olmaqla yanaşı həmçinin özündə daxili yaddaş həcmini də birləşdirəcək. Bu üsul ilə şirkət SIM kartın funksionallığını və smartfonun daxili yaddaş həcmini yüksəltməyi planlaşdırır. Bu barədə iGeekphone saytı xəbər verib. Patenti əldə edilmiş SIM kartın bir tərəfi adi SIM kart kimi görünür. Lakin onun digər tərəfində yaddaş çipinə sahib kompakt mikrosxem yerləşdirilib.

Analitiklərin sözlərinə əsasən məhz bu cür məhsul SIM kartların növbəti inkişaf dövrünə start verəcək. Patentdə əks olunmuş məlumata əsasən SIM kartda olan yaddaş həcmi rezerv kopyalama, məlumatların bərpa edilməsi kimi funksiyaları dəstəkləyir və təhlükəsizlik standartlarına cavab verir. Bununla belə yeni SIM kartın ölçüsü standart SIM kartın ölçüsü ilə eynidir. Xiaomi-nin bu yeni məhsulunun nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.