Maraqlı

“HTC” şirkəti gələcəyin qarışıq reallıq eynəyini nümayiş etdirib

25 Fevral 2020 08:41
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanın "HTC" şirkəti yeni nəsil qarışıq reallıq eynəyi hazırlamaqla məşğuldur. Qurğunun ölçüləri artıq təqdim edilmiş "Vive Cosmos" virtual reallıq sistemi ilə müqayisədə kiçik, çəkisi isə yüngül olacaq. Şirkətin rəsmisi yeni eynəyin "5G" smartfonlara qoşula biləcəyini istisna etmir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, layihənin işçi adı "Project Proton" adlanır. Onun prototipi daha çox xizək maskası və ya çox böyük günəş eynəklərini xatırladır və təqdimatı gözlənilən "Cosmos XR" modeli kimi işləyir.

"Magic Leap" və "Microsoft"un "HoloLens" qurğularından fərqli olaraq, hər iki qarnitur "keçid" ön kameraları ilə təchiz ediliblər, yəni istifadəçilər yarımşəffaf şüşələrin arasından deyil, virtual elementlərlə qarışmış real dünyadan olan təsvirə baxırlar.

"HTC" şirkətinin direktoru İv Metrin sözlərinə görə, "Project Proton" aktiv hazırlama mərhələsindədir, buna görə hələlik spesifikasiya və təxmini qiymət haqqında nəsə demək mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.