Maraqlı

"Qladiator" və "Troya" filmlərinin qəhrəmanı Con Şrepnel vəfat edib

20 Fevral 2020 08:02
0 Şərh     Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin teatr və kino aktyoru Con Şrepnel uzun sürən xərçəng xəstəliyindən sonra 78 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aktyorun sənət dostları onun ailəsinə, o cümlədən Kral Milli Teatr truppasının və "Royal Shakespeare Company" teatr şirkətinin üzvlərinə başsağlığı verib.

"Gözəl aktyor Con Şrepnelin ölüm xəbəri bizi kədərləndirdi. O, Milli Teatrın bir çox tamaşalarında oynadı", - başsağlığında deyilib.

Xatırladaq ki, karyerası ərzində Şrepnel çox sayda filmdə rol alıb. "Qladiator", "Troya", "K-19", "Nottinq Hill" və "Qızıl Dövr" kimi filmlərdəki rolları sayəsində geniş tamaşaçı sevgisini qazanıb.

Aktyor eyni zamanda "Onuncu Krallığ", "Merlin", "Foyl Müharibəsi" və s. televiziya seriallarında rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.