Maraqlı

İtaliyada turistlərə maraqlı ola biləcək məkanlar

17 Fevral 2020 07:07
87 Şərh     Baxış: 1 672

İtaliya səyahət arzusunda olduğunuz ölkələrdən biridirsə, onda klassik istiqamətlərdən və yerlərdən qaçmaq maraqlı olar. Yəni tək Roma, Venesiya, Florensiya və ya Milanla kifayətlənməyin. Bu yazıda turistlərə maraqlı ola biləcək daha 10 istiqamət barədə məlumatlar verilir.

Pozitano. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Pozitano İtaliyanın cənubunda, Amalfi sahillərində yerləşir. Möcüzəvi coğrafiyası, romantik dəniz sahilləri və sürrealist mənzərəsi ilə bu şəhər xəyal qurmağı sevən insanların cənnətidir. Bir təpənin kənarında yerləşən evləri bütöv bir pastel rəng palitrası və çoxlu otel, moda butikləri və restoranların olduğu dik küçələri hər kəsin diqqətini cəlb edir. Boz rəngli qum ilə örtülmüş "Spaggia Grande" çimərliyi möhtəşəm bir mühit təqdim edir. Bölgəyə xas olan limonçello likörü içərək qürub çağını zövqlə izləmək olar.

San-Ciminyano. Orta əsrlərə qayıtmaq istəyənlər üçün qalaların və dolanbac küçələrin bol olduğu San-Ciminyano İtaliyanın qəlbindəki Toskana bölgəsində yerləşir. Burada XI əsrə aid 15 qala təpələrdə ucaldılıb. Bu bölgə, habelə İtaliyanın ən yaşıl ərazisidir. Müasir incəsənət üçün isə Avropanın ən yaxşı qalereyalarından biri olan "Gallerie Continua"ya baş çəkmək və tarixi küçələri araşdırmaq məsləhətdir. Bu küçələrdə yerli mətbəx nümunələrini təqdim edən ailə restoranları da fəaliyyət göstərir.

Kataniya. Dünyanın ən aktiv vulkanlarından biri - Etnanın qəyyumluğundakı Kataniya şəhəri mütləq görülməli yerlərdən biridir. İlk baxışdan qonağı heyrətləndirən səs-küyə və xaosa baxmayaraq, onun küçələri tarixlə doludur. Mütləq Etnaya qalxmaq və Massimo Bellini Teatrında əsl italyan operasını görmək lazımdır.

Lukka. Bu cazibədar qədim şəhər zəngin tarixi, gözəl kilsələri və əla restoranları ilə ilk baxışdan diqqət cəlb edir. Orta əsrlərin divarları arxasında gizlənmiş şəhər Toskana regionunun strateji şəhərlərindən birincisidir. XI əsrdə qurulmuş "Catedrale di San Martino"nun heyranedici fasadı ilə tanış olmaq, hündürlüyü 45 metr olan Cinidji qülləsinin 230 pilləsinə qalxmaq və bölgənin heyrətamiz mənzərələrini izləmək burada ediləsi ən vacib işlərdir.

Ravello. Dənizlə əhatələnmiş, heyrətamiz topoqrafiya ilə terraslardakı inanılmaz qayalarla, fantastik rənglər və bol bitki örtüyü olan bağlarla bəzənmiş Ravello İtaliyanın ən gözəl şəhərlərindəndir. Burada göy və dəniz böyük bir mavi və sonsuz üfüqdə birləşir. Məhz bu yerlərdə bir insan həqiqətən kainatın gözəlliyi qarşısında özünü kiçik hiss edir, var olduğuna görə minnətdar olur və xoşbəxt olur.

Portovenere. La Spezia bölgəsində yerləşən bu kiçik şəhər buxtanın fantastik mənzərələri, tarixi binalarının inanılmaz gözəlliyi, gözəl sahil zolağı, çimərlik, restoran və Aralıq dənizi mətbəxi ilə məşhurdur. Portovenere şəhərinin simvolu San Pietro kilsəsidir. Bu kilsə mərmər interyeri və qeyri-adi bayır görüntüsü ilə heyran qoyur.

Siena. Toskanada yerləşən Siena orta əsr İtaliyasının ən cazibədar şəhərlərindəndir. Onun tarixi mərkəzi qaranlıq xiyabanlar və qotik üslubda inşa olunmuş binaların vəhdətidir. Buradakı simvolik bina isə XIII əsrdə inşa olunmuş Duomodur. Duomo özündə roma və qotik arxitekturanın ən yaxşı təcrübələrini birləşdirir. Şəhərin mərkəzi küçəsindəki 102 metrlik hündürlüyü olan Torre-del-Mandja qalxsanız onun damından bütün şəhəri əl içi kimi görmək olar.

Burano. Gözəl və rəngarəng evləri ilə Burano bəlkə də bütün İtaliyanın ən "sirli" kəndlərindən biridir. Venesiya yaxınlığındakı kəndə qayıqla getmək mümkündür. Buranın rəngarəng binaları günəş işığında kanalların sularında əks olunur və turistləri heyrətə gətirən rəng çalarları yaradır. Bu şəhər, həmçinin ən dadlı qəhvə məkanlarından biridir. Buranolular məxsusi qəhvə hazırlayırlar və bu içkinin dadı uzun müddət damaqlardan getmir.

Palermo. Palermoda İtaliyanın ən möhtəşəm fontanı - Pretoriya yerləşir. Fontan simmetrik quraşdırılmış dörd pilləkənlə əhatəlidir. Pilləkənlərlə onun mərkəzinə qalxmaq olur. O müxtəlif müqəddəslər, mifoloji heykəllərlə bəzədilib. Habelə dorda saray ilə əhatələnmiş Quattro Canti meydanı da turistlərin sevimli məkanıdır. Burada yerli küçə musiqiçilərini dinləmək mümkündür.

Kyanti. Dünyanın ən məşhur şərablarından olan Kyanti şərabı məhz bu bölgənin məhsuludur. Toskananın ürəyindəki Kyanti qədim şərabçılıq ənənələri, habelə zəngin tarixi və gözəl təbiəti ilə məşhurdur. Burada avtomobil kirayə edərək ucsuz-bucaqsız üzümlükləri gəzmək, elə yerli sahibkarlardan hazır məhsul almaq mümkündür.

Milli.Az

loading...

Şərh yaz:

87 Şərh:

  • Anonim
    F.S.D. · 17 Fevral 21:1510

    Axşamınız xeyir, Mələyim bu seçim üçündə təşəkkür edirəm. Necəsiniz? Bu ölkəyə turist kimi getmək fikriniz varmı?

    Cavab yaz
    • Anonim
      Melek b · 17 Fevral 22:4100

      Axsaminiz xeyir FSD xanim.getmek isterdim tarixi adidelerin görmek ucun.bir de musiqilerin dinlemek ucun.

      Cavab yaz
  • Anonim
    F.S.D. · 17 Fevral 21:1700

    AylaM can necəsiniz ? Bu gün konfransınız necə keçdi? Gözləriniz əziyyət vermədiki? Sualınaza cavab yazacam,

    Cavab yaz
  • Anonim
    F.S.D. · 17 Fevral 21:2810

    Salam Rəssam müəllim, necəsiniz? hörmətiniz üçün çox sağ olun. Həmişə mehriban olasınız. Aramızı heç kim vurmayıb, sizi narahat etdimsə üzürlü hesab ediniz. Çoxmu istəyirsiniz mehriban olaq?

    Cavab yaz
    • Anonim
      Rəssam · 17 Fevral 22:5739

      Axşamınız xeyir, yaxşıyam,siz necəsiz? Əlbətki, mən hər kəsin mehriban olmasını istəyirəm. Əgər biri məni tərifləyib, dostlarımı pisləyərsə, mənə o cür sevgi gərək deyil.

      Cavab yaz
  • Anonim
    F.S.D. · 17 Fevral 21:3600

    AylaM can Egemen Edanı sevmir sadəcə onu almaq istəyir,. Mağazadan oyuncaq almaq kimi. Bu sevgi deyil nə vaxtsa beynində ilişib qalan hisslərdir mənası özünədə aydın olmayan

    Cavab yaz
    • Anonim
      AylaM · 18 Fevral 11:4300

      F.S.D. can, filmi izləmədiyinizə əminsiz:))? Doğru vurğuladınız. Axşam yazacam bu haqda.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 Fevral 08:1820

    Sabahiniz xeyir olsun Canlarim.F.S.D.,Mələyim,AylaM,Ebrum,Uzaq.Ve burani oxuyan hammi.

    Cavab yaz
    • Anonim
      Uzaq · 18 Fevral 09:5910

      Sənin də sabahın xeyir Esra.Salam hamıya.

      Cavab yaz
      • Anonim
        Melek b · 18 Fevral 10:4200

        Uzaq salam görunmursüz?

        Cavab yaz
        • Anonim
          Uzaq · 18 Fevral 11:3200

          Havalar isindikcə lap görünməz olacam)

          Cavab yaz
          • Anonim
            Melek b · 18 Fevral 12:0700

            Salam Uzaq.niye?Maya baci?

            Cavab yaz
            • Anonim
              Uzaq · 18 Fevral 14:2000

              :) Uşaqla çox gəzib,yorulub, yatacağıq deyə)

            • Anonim
              melek b · 18 Fevral 16:3100

              Allah saxlasin

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 18 Fevral 18:5900

              Uzaq Allah saxlasin Allah qorusun.

            • Anonim
              Uzaq · 18 Fevral 19:1400

              Sağ ol mələk.Sağol Esra.Sənin balanı da.

    • Anonim
      Melek b · 18 Fevral 10:4100

      Sabahin xeyir.Esracan.necesen?❤❤

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 18 Fevral 10:5010

        Cannn Mələyim Bu günn əlayam hava lapp superrdi Sen necesen ehvalin necedi ? Ebrudan xeber olsa mene de catdir.

        Cavab yaz
        • Anonim
          Melek b · 18 Fevral 12:0700

          Salam Esra.mutleq.hemişə əla ol❤

          Cavab yaz
  • Anonim
    Melek b · 18 Fevral 10:4200

    Hamiya salamlar❤❤❤❤

    Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 11:3100

    Salam F.S.D. can. Neçəsiz? Çox şağ olun. Hər şey gözəl keçir. Axşam yazacam. Üzürlü sayın,tələsik yazıram. Amma nəzarətim davam edir,:)gözlərinizə qulluq olunsun,xahiş edirəm.

    Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 11:3320

    Salam Esra, neçəsiz demirəm,Maşallah həmişə belə əla olun deyirəm:).

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 Fevral 18:1420

      Cann AylaM canim sende her zaman yaxsi ol əla olasan.

      Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 11:3500

    Salam Mələk. Neçəsiz? Səhifə üçün çox sağ olun. Allah qismət eləsin. İnşallah

    Cavab yaz
    • Anonim
      Melek b · 18 Fevral 12:0800

      Salam Ayla.insallah

      Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 11:4100

    Salam Uzaq. Neçəsiz? O gün yazdım verilmədi. Siz alimlərin dediyini boş verin,əsas nə hiss etdiyinizdir. Əgər bu qədər vaxt kəçdiyinə baxmayaraq,hələ də yaddaşdan silinməyibsə,demək ki,bir hikməti vardır. Madam Bovari filminə baxmamışam. Amma Emmanı xatırllyıram:) Gustave Flaubert sevdiyim klassiklərdəndir.

    Cavab yaz
    • Anonim
      Uzaq · 18 Fevral 14:1800

      Heç mən də baxmamışam )Niyə soruşduğumu yazaram axşama.

      Cavab yaz
    • Anonim
      Uzaq · 18 Fevral 18:3000

      O gün manyak Emini) izlərkən, məktəb vaxtı yarımçıq izlədiyim bir hind filmini xatırladım.Onsuzda heç yadımdan çıxmamışdı.Təxmini 15 il ya artıq vaxt keçməsinə baxmayaraq .Orda qadının yalandan evi dağıdıb, üstünü guya qanmış kimi boyaması, sonra ərinə zəng edib qışqırması çox qorxutmuşdu məni. Elə bilirdim qadın dəli olub.Əslində çox sevilmək istəyirdi və ərini yoxlayırmış.Əri də sakit,mədəni bir həkim olur. Evə gəlir qadını qan içində görür tez polisə zəng vurmaq istəyir, qadın ayağa qalxır,sən məni sevmirsən,mən ölmüşəm amma sən polis haqqında düşünürsən deyir.Qadın əslində düşünmüşdü ki,kişi gəlib arvadını elə görüb özünü öldürəcək)

      Cavab yaz
    • Anonim
      Uzaq · 18 Fevral 18:3700

      Sizdən madam bovari haqqinda soruşduğum gün o filmi izləyirdim. Госпожа Майа.(mələk də bugun mənə Maya dedi,o Maya olmasa da,hiss edib sanki Mayadan danışacam)) O filmi yarımçıq izləmişdim,həmişə gerisini də izləmək istəyirdim. Neçə illər beynimin bir küncündə yarımçıq tutduğum bir iş kimi qalmışdı. Amazing Eminin gücü),məni o filmi təkrar izləməyə vadar etdi)Əslində Maya və Emi oxşar xarakterdə olduğu üçün,bilmək istəyirdim Emi Mayanın amerikan verdiyasıdırmı? Yox yanılmışdım

      Cavab yaz
    • Anonim
      Uzaq · 18 Fevral 18:4700

      Oxudum ki sən demə fransız əsər Madam Bovarinin hind versiyasiymış. Anonsuna baxdım fransızcasının,heç xoşlamadım. Qız çirkin idi, burnu uzun.Həyatda gözəl eybəcər ayırımı etməsəm də,sevgi filmlərində gərək baş rollar gözəl və yaraşıqlı ola,yoxsa baxa bilmirəm. Özümdən asılı deyil.Maya isə qeyri adi gözəl qadın idi.Onunçün sizdən soruşmuşdum izləmisinizmi? Yəni İtkin qızdakı Emiyə bənzədirsinizmi? Çünki Mayanın yəni Bovarinin də gündəliyi olur,qəribə istəkləri, xəyalları və təhlükəli əməlləri olur. Amma Emi başqaydı. O yalnız bir kişi üçün baş vurur elə riskli hərəkətlərə. Maya isə xəyal dünyasında yaşayan bir qız olur,onu çox sevən birini istəyir, ərinin sevgisi az gəlir,evə sığmır,özünə sığmır,qızının sevgisi belə ona yetmir,yeni münasibətlərə başlayır.Əxlaqsız qadına çevrilir. Axırda da bütün görüşdüyü və onu sevdiyini düşündüyü kişilər ondan istifadə edib, lazımsız əşya kimi bir kənara atır.

      Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 16:5200

    Hər kəsə Salam. can Mələyim o gün olsun İtaliyadan bizi salamlayasınız. Mən nədənsə İtaliyanı heç istəmirəm. Əgər AylaM- ın əcdadlarla bağlı DNK haqqında fikilrərini nəzərə alsaq özümü Rusiyada, ya da Almaniyada soyuq iqlim şəraitində rahat hiss edərdim.

    Cavab yaz
    • Anonim
      melek b · 18 Fevral 17:3610

      salam FSD xanim.Italiya musiqi menbeyidir,incesenet en cox italiyada oz gozelliyini qoruyur

      Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 16:5300

    Hər vaxtınız xeyir Əsram, necəsiniz, mamanız şirin dəcəl oğlunuz necədir? Uzaq xanım şərhiniz verilməsdə çox sağ olun

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 Fevral 18:1440

      Cann F.S.D. Cox saq ol var ol canim mende yaxsiyam mamada yaxsidi Sukur Allaha Amma oqlum decel deyil coxx sakit usaqdi oqlan usaqi olsa daa belke de tek olduquna gore hem sakitdi hem de eqoistdii O da yaxsidi Sukur Allaha Canimm sen necesen ehvalin islerin necedi ?

      Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 16:5500

    AylaM can şükür yaxşsınız, həmişə yaxşı olasınız. Diqqətimdəsiniz biləsiniz. Tam əminliklə deyə bilərm ki bu kinoya baxmıram, yalnız Sizin şərhlərə münasibət bildirirəm. Sadəcə yazdığınız şərhlərdən belə nəticəyə gəlirəm. Əgər mənə inamınız varsa inan Allaha Babil kinosuna baxımram.

    Cavab yaz
    • Anonim
      Uzaq · 18 Fevral 18:5921

      Ayla filmə baxmadığınız halda,doğru şərh vermənizə heyrət edib məncə )

      Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 16:5601

    Şüur haqqında düşünürəm, mənə elə gəlir ki, şüur beynin funksiylarını ətraf ələmə ötürmək üçündür. Şüuru gözün funksiyası kimi hesab edərdim aldığı inormasıyanı beynə ötürür, beyində qarşlığında bu informasyasını hər hansı refleks şəklində əks etdirir. mərkzdə beyin dayanır şüur + beyin + ruh və qarşlıqlı sintezi insanı mözücələr aləminə aparır. və bu hər kəsdə xarakterinə, savadına, dünya görüşünə görə tam fərqlidir.

    Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 16:5701

    Yuxu ilə bağlı oxudğum olmuş bir hadisəni yazım. 5-6 yaşlarnda nəvə yuxuda görürürki dostu ilə gedirlər birdən ayı qarşılarına çıxır, bu qaça bilir, dostu qaça bilmədiindən ayı onu parçalayır. Yuxudan ağlayaraq ayılan uşaq qorxudan sakitləşmir. Babası nə olub soruşanda uşaq yuxusunu danışır. Baba 10 yaşı olanda məhz başına tam dəqiqliyi ilə belə hadisənin gəldiyini nəvəsinə danışır. Demək illər keçsədə qan yaddaşında qalan informasiya ötürüldü. Bu möcüzədirmi? yoxsa nə ?

    Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 16:5931

    Salam Rəssam müəllim, həmişə yaxışı olasınız. Sizə sual verdim, başqa cavab gözləyirdim sonrakı cavabım üçün, çox heyf alınmadı. Siz də belə düşünürsünüz? Səbəbini bilmədən nəticəyə qiymət verdiniz eybi yox, necə istəyirsiniz düşünün fikirlərinizə hörmətlə yanaşıram. incimirəm. Nə qədər bu mövzudan uzaqlaşmaq istəsəmdə mümkün olmur. Nə vaxtsa səbəbini yazaram, günah məndən geçdi. Onda özünüz bir daha düşünməli olacaqsınız. Hələlik sağ olun, mən pis insanam, dosta qiymət vermirəm, Sizin heç birinizin dostluğnuza layiq deyiləm və bunların fonunda məni itirmək Sizə rahatlıq gətirməlidir buyurun

    Cavab yaz
    • Anonim
      Rəssam · 18 Fevral 17:4743

      Salam FSD xanım, siz yaxşı olun. Bizim dostlugumuzdan danışmadım axı mən. Rəfiqələrinizlə münasibətinizi deyirdim,bildiyim qədər mən o cür görmüşdüm vallah,bir də ki mən sizə görə deyirəm. Son vaxtlar hamı məndən küsməyə bəhanə axtarır,əjəlmi girriyir məni?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 18 Fevral 18:1250

        Həəə, Məndə sizden küsmüşəmm daha qirçin baş deyib kef ehvalimi sorusmursunuz Eybi yoxduuu Hec eybi yoxduuu :))) Baxxx zarafatnan yazmisammm:))))

        Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 20:3220

    Axşamınız xeyir F.S.D. can. Vallah Billah sizə inamım var. O mənada demədim. Uzaq doğru anladı məni:). Heyrət etdim.çox doğru yazmısınız. Sizin xətrinizi çox istəyirəm F.S.D. can, hörmətim də sonsuzdur. Sizə inanmamaq söhbəti belə ola bilməz.

    Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 20:3500

    Axşamınız xeyir Esra. Səhər şərhiniz mənə elə gözəl enerji ötürdü ki, bütün günü əla olmuşam,sizin kimi:). Esra,siz realda da beləsiniz? Yəni enerji dolu:). Səhv anlamayın xahiş edirəm. Bəzən şərhçilər realda başqayam deyir ona görə.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 Fevral 20:4820

      Canimm menim, qetiyyen sehv anlamiram ve heqiqeten realda da beləyəm Vallah .Amma utancaqliqim varrr yani burada serh yazdiqim qarsi cinsle yani oqlan xeylaqlari ile kelme kesmeye utanaramm Dehsettt utancaqam Amma realdada beleyem zarafatcil deyib gulen enerjili.Her gün əlaaa olasiniz .!

      Cavab yaz
      • Anonim
        AylaM · 18 Fevral 21:2510

        Çox sağ olun Esra can,cavab üçün. Sizin kimi enerjili və pozitiv biri ilə yaşayanlar bəxtəvərdir:). Allah həmişə şad etsin sizi.

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 18 Fevral 21:5210

          Canım,Allah seni de her zaman bextever etsin Amin .

          Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 20:4400

    Axşamınız xeyir Uzaq. Maraqll müqayisə idi. Siz deyəndən sonra düşündüm,Emi ilə Emma ,tam eynilik olmasa da,bənzərlik var. Doğru deyirsiniz. Bəlkə də Gillian Flynn məhz Gustave Flaubertən ilham allb kitabını yazarkən. Amma Emi daha psixopat idi:), bu da müasir qadının ruhunu əks etdirir:))). Hlrslı:)) . Emma isə romantik xəstə:) olub. Tatmin olmaq problemi olub:).

    Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 20:4800

    Axşamınız xeyir Mələk. İtalyan musiqisi mövzusunda çox haqlısınız. Razıyam:). Qəribə musiqi qulağı var italyanların. Qapı gıcırtasa oxuyub əylənirlər:)) musiqi həyat tərzləridir sanki

    Cavab yaz
    • Anonim
      Melek b · 18 Fevral 21:2300

      Axsaminiz xeyir Ayla.Pavarottini dinlemeyi sevirem.t.kutunyonu.Ata İqlesyasi beyenirem

      Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 20:5200

    Uzaq, sizin üçün araşdırdım:), Madam Bavarinin filmlırə. 1949,1975,1991,2000 və 2014ci illərdə çıkilibmiş. Müxtəlif ölkələr tərəfindən.

    Cavab yaz
    • Anonim
      AylaM · 18 Fevral 21:0200

      Siz görəsən hansını izləmisiniz,burnu uzun hansı olub:)?

      Cavab yaz
      • Anonim
        Uzaq · 18 Fevral 22:0800

        Baxdim indi.2000 ci il çəkilən.Qızın burnu gecə baxdığımçün gözümə uzun görünüb deyəsən)indi normal gəldi)amma bilmirəm üzü ifadəsizdir sanki)Hind aktrisasını daha çox bəyəndiyimçün, digər aktrisaları pisləməkdə qərarlı və israrlıyam))Sizin isə xoşunuz gəlməz məncə hind filmlərindən )onunçün xanım Mayyanı deyil xanım Bovarini soruşdum )

        Cavab yaz
        • Anonim
          AylaM · 18 Fevral 23:1400

          Uzaq,Hind filimlərinə son dəfə nə zaman baxmışam yadımda deyil. Amma mayadakı aktyorun ifası ilə izləmişdim son filmi,bax onu dəqiq xatırlayıram:). 2014 də çəkilən Madame Bovary də pis deyil sanki.mən əsəri oxuduqdan sonra filmlərə baxa bilmirəm,çünki oxuyanda,öz filmini çəkirəm:),sonra başqa rejissor gəlib filmimi alt-üst etməsin deyə baxmıram:))). Sizin baxdığınız 2000 ci ilin filmində Frances O'Connor oynayır Emmanı.ifadəsiz surəti var:). Baxışları boşluqdur.

          Cavab yaz
          • Anonim
            AylaM · 18 Fevral 23:2400

            Amma burnu uzun deyil:))).qadın eşıtsə depressiyaya düşər ay Uzaü:)

            Cavab yaz
            • Anonim
              AylaM · 18 Fevral 23:4800

              ay Uzaq yazmışdım:(((

    • Anonim
      Uzaq · 18 Fevral 21:1600

      Bir neçə anons görmüşdüm ötəri,elə bildim hamısı eynidi)İndi siz deyəndən sonra baxdım )Mən gördüyüm deyəsən ən çirkiniymiş)Təşəkkür )Amma Mayanı oynayan qadın ,gözəl füsunkar aktrisadı.Həqiqətən xəyalpərəst,qəmgin siması var.Roluna yaraşıb.

      Cavab yaz
      • Anonim
        AylaM · 18 Fevral 21:5000

        Hind versiyası qəribə gəldi mənə. Fraqmana baxdım:)) Maya Memsaab. O aktyoru bəyənirəm:).aktrisada məlahətli xanımdır. Yaraşır rola düz deyirsiniz.

        Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 21:0600

    Axşamınız xeyir can Mələyim, xətrinizə dəydimsə Siz Allah bağışlayın inanın heç musiqi yadıma düşmədi. Bəli haqlısınız. Balacam Siz gedin İtaliyaya gələndə onlardan musiqisindən gözəl paylaşım edərsiniz. Söz verirəm mütləq fikrimi dəyişəcəm.

    Cavab yaz
    • Anonim
      Melek b · 18 Fevral 21:3710

      FSD xanim xetrime deymek nedi?menim fikrim qaldi italyan musiqisinin yaninda hec basa dusmedimde

      Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 21:1100

    Axşamınız xeyir Esram, çox sağ olun pis deyiləm. Şükür Sizdə mamanızda yaxşıdır həmişə yaxşı olasınız. Siz ilk görəndən düşünmüşəm ki Sizi evdən bayıra qoymurlar. Siz özünüz sakitsiniz oğlunuzda sakitdir. Allah qorusun əziz balanızı bəxtini gözəl etsin.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 Fevral 21:2120

      Canim, Allah xetrinizi eziz etsin .Allah sizinde ezilerinizi, balalrinizi qorusun !

      Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 21:1500

    Axşamınız xeyir Uzaq xanım, aydınlıq gətirdiyiniz üçün təşəkkür edirəm. Sizdə AylaMda maraqlı yazsırsınız məndə düzgün başa düşürəm

    Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 21:2330

    Axşamınız xeyir Rəssam müəllim, hörmətinizə görə çox sağ olun. Mən heç kimdən küsmürəm sizdən heç küsmərəm və Sizi də başa düşürəm. Siz sentyabrın 28, 29-u səhifəsini oxuyun. Məncə başa düşəcəksiniz. Nəyi başa düşməsəniz keçib artıq izah edərəm istəsəniz. Hakimlik edərsnizmı açıq məhkəməyə)) narahat olmayın, məhkəmə olmaz. Siz bu işə qarışmayın xahiş edirəm.

    Cavab yaz
  • Anonim
    F.S.D. · 18 Fevral 21:3300

    Axşamınız xeyir AylaM can, necəsiniz, gözləriniz necədir? Dərmanları unutmursunuzki? İnanın məndə Sizin xətrinizi çox istəyirəm ,mənə inandığınız üçündə bir daha ürəkdən çox sağ olun deyirəm. Yaxşı ki varsınız. Məndə Sizə inanıram, hörmətimizdə tam qarşılıqlıdır bunu unutmayın xahiş edirəm. Düz izah etməyimin səbəbi Sizin çox gözəl izahınızdır. Yadaşımda qalmısınız artıq)))

    Cavab yaz
    • Anonim
      AylaM · 18 Fevral 22:1800

      Axşamınız xeyir F.S.D.can. gözlər yorğundur:),elə mən də:). Amma şirin yorğunluqdur:). Dərmanları unutmadım. Çox sağ olun F.S.D.can,hər şey üçün. Yuxu hekayəsi maraqlı idi. Sizin ən çox maraqlandığınız DNK ya dayanır kökləri:). Yorğunluğum keçsin yazaçam.

      Cavab yaz
  • Anonim
    Melek b · 18 Fevral 21:3420

    Al Bano ve Rominanida beyenirdim.sonralar bu mehsur cutluyun ayriliqini eşitdim.sebebi 15 yasli qizlarinin itmeyi.Romina doze bilmedi evladinin yoxluquna.Al Bino ise Rominanin aqlayib sizlamasina...(heyat yoldasina sert qoydu olanlari unutsun.amma milletinden asli olmayaraq ana.anadir...unuda bilmir ...Al Binoda yeniden evlenir...amma men bu cutluyu cut halda beyenirdim

    Cavab yaz
    • Anonim
      AylaM · 18 Fevral 21:5530

      Aaaa mən bilmirdim bu məlumatı:(((. Pis oldum. Raminayı çox bəyənirdim, çox gözəl,duru və saf xanım idi. Al Bino mənə həmişə aci dil afam kimi gələrdi. Niyısə onu zəhərtuluğu kimi hiss edirdim. Heyif,qizlarının ölümünə çox pis oldum. İtalyanlar da bizim kimi uşaqlarına çox bağlı millətdilər.

      Cavab yaz
      • Anonim
        Melek b · 18 Fevral 22:2400

        Ayla usaq itkin dusub.ölub ölmemeyi melum deyi.ana gözleyir...10.15 il kecib.xeber yoxdu

        Cavab yaz
      • Anonim
        Melek b · 18 Fevral 22:2600

        Men hec vaxt onlari yarasdirmamisam.yas ferqi aralarinda coxdu...

        Cavab yaz
      • Anonim
        AylaM · 18 Fevral 23:0600

        Çox pis dərdir:(. Allah heç kimə yaşatmasın.15 ildə tapılmayıbsa,nə bilim:(((. Yazığ qadın:(((.

        Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 21:3810

    F.S.D. can, gözəl mövzuya toxundunuz:). Genetik yaddaş. Yazacam o barədə.

    Cavab yaz
  • Anonim
    Melek b · 18 Fevral 21:4210

    Bolum Maraqli .movzu Esil uqursuzluqun fotolari...olsunmu seherki serh bölumu?

    Cavab yaz
    • Anonim
      AylaM · 18 Fevral 21:5000

      Olsun Mələk can

      Cavab yaz
    • Anonim
      F.S.D. · 18 Fevral 22:2610

      Olsun can Mələyim ağıllım mənim, çox sağ olun. Esaram can çox sağ olun. Mən də qırçın baş sözünü oxuyanda gülmüşdüm yaxşı mənada başa düşmüşdüm . Sizin də cavabınızdan xoşum gəlmişdi. Ağıllılarım mənim Allah qorusun Sizi. Səhifəni indi tüpsam yazacam tapmasam sabah tapcam gecəniz xeyrə qalsın

      Cavab yaz
  • Anonim
    AylaM · 18 Fevral 21:4520

    F.S.D. can, neçəsiz bu gün? İş günü neçə keçdi? Gözünüz neçədir?

    Cavab yaz
    • Anonim
      F.S.D. · 18 Fevral 22:3400

      AylaM can çox sağ olun belə pis deyiləm. iş günü gərgin keçir. Yaz gəlir gözüm əziyyət verir yazda, heç xoşlamıram bu mart ayını. Sizin gözünüz necədir, oçki ilə dostlaşa bildinizmi? Sizin iş gününüz necə keçdi? Gecəniz xeyrə qalsın. Yazın maraqla oxuyarıq. Mələyim hansı kinodan yazdığınızı bilmədim maraqlı gəldi. Yazan əlləriniz gözləriniz yorulmasın

      Cavab yaz
      • Anonim
        Melek b · 18 Fevral 23:0400

        FSD xanim bu kinodan deyil .İtalyan muqenileridi..belkede esitmisiz musiqilerin..Felicita....hadisede olmusdu(

        Cavab yaz
      • Anonim
        AylaM · 18 Fevral 23:1900

        F.S.D. can bəlkə damlalardan istifadə edəsiniz? Yaz aylarında quruluq olur gözlərdə,allerjik reaksiyada ola bilər. Damla kömək edir.mən oçkimlə dostuq:). Mən hara,o da ora:). Ayrılmaz ikili:). Günüm yaxşı keçdi.yorucu həftədir bu həftə,amma maraqlıdır. Yeni mövzular,hekayələr var:). Yazacam mütləq:).Geçəniz xeyrə F.S.D.can.

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 Fevral 22:4920

    Mələyim ürəyim , hemen sehiveye bilmeden serh yazdim sonra gordum burada hemen sehiveni secmisen superrr sehivedi )))

    Cavab yaz
    • Anonim
      Melek b · 18 Fevral 23:0110

      Can Esra ureyim gedirde senin bu sözlərin ucun❤(**)

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 18 Fevral 23:3010

        Cannn,menim hec serhim de getmeyib o sehivede 1 ci yazmisdimmm ) Basima gelen bir hadiseni yazmisdim vermeyibler.

        Cavab yaz
        • Anonim
          AylaM · 18 Fevral 23:4710

          Mən də 10 gözəl səhifəsində yazdım, verilməyib hələ:(. Maraqlı gözəllərdir:)

          Cavab yaz
        • Anonim
          Melek b · 18 Fevral 23:5410

          Marsqli geldi Esracan.ne hadise?can

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 19 Fevral 10:3420

            Mələyim ürəyim facieli hadise idi.. Demeli masindan dusdum özüm öz elimi qoydum masinin qapisinda ele ureknende baqladim onda gördüm üreyim getdi tir-tap deydimmm gözlerimi acdim ki paleklinkadayam tibb iscileri barmaqimla mesquldular düz 2 ayyy barmaqim qizdirdi aqridi daha öldüm de her gün ölüb dirilirdim dirnaqlarimda 2 si qaralib düsdüler duz 1 ile barmaqlarim duzeldi 3 orta barmaqim Bunu yazmisdim vermedi moder cannn basa da dusmedim niyeee((

            Cavab yaz
            • Anonim
              melek b · 19 Fevral 16:2710

              caaaaan Esra|((|

  • Anonim
    Melek b · 18 Fevral 23:5500

    Geceniz xeyre

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 19 Fevral 18:0210

      Meleyim üreyim metis olan sehiveye gel F.S.D.xanim oradadi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.