Maraqlı

BU ÜSULLARLA qacet problemləri yox olacaq

18 Fevral 2020 23:10
0 Şərh     Baxış: 570

Fərdlərin və müəssisələrin ən vacib ehtiyacı olan kompüter və smartfonlar həyatımızın bir parçasına çevrilib. İşlərimizin böyük qismini həll edən kompüter və telefonlar bir sıra problemləri də üzə çıxarır.

Milli.Az ted.az-a istinadən bildirir ki, smartfon və ya kompüterinizdə qarşılaşa biləcəyiniz problemlərdən biri tətbiqlərin öz-özünə açılması və bəzi əməliyyatların həyata keçirilməsidir. Bu vəziyyətdə axrıcı dəfə yüklədiyiniz proqramdan şübhələnə bilərsiniz. Problemi həll etmək üçün telefonunuzu zavod parametrlərinə qaytara bilərsiniz.

Yavaşlama

Əməliyyatların yavaşlaması problemi həm kompüter, həm də telefonda rast gələ bilərsiniz. Bu zəhlətökən vəziyyətin telefonlar üçün həlli istifadə olunmayan tətbiqləri silmək, yaddaş yerini təmizləmək və SD kartı təhlil etməkdir. Keçirilən proses nəticəni dəyişmirsə telefonu zavod parametrlərinə qaytarmalısınız. Kompüterdə bu problemlə qarşılaşsanız arxa planda işləyən tətbiqləri bağlayıb, sabit diskin boş yerini təmin edərək proqramı yeniləyə bilərsiniz.

Spam məktubları

Dünyadakı ən böyük ünsiyyət üsulu olan elektron poçt, kiberhücumçular üçün bir vasitə ola bilər. Gözlənilmədən göndərilən spam məktublarını bloklamaq üçün müxtəlif proqramlardan istifadə edə bilərsiniz. Elektron poçt ünvanlarınıza güclü şifrə təyin etmək təhlükəsizlik üçün kifayət etməyəcəyi üçün ikifaktorlu identifikasiya metodundan istifadə edə bilərsiniz.

Tətbiq parametrlərində dəyişiklik

Avtomatik tətbiq yeniləmələri tətbiq parametrlərində fərqlərə səbəb ola bilər. Yenilənmə edilmədiyi halda xəbərsiz dəyişikliklər baş verərsə, tətbiqi yüklədiyiniz Play Store və ya App Store-a qayıtmağınız tövsiyə olunur.

Davamlı çökmə

Personal kompüter komponentlərinə çox yük qoyulduqda həddindən artıq istiləşmə ilə çökmə prosesi baş verə bilər. "Hardware" və proqram problemlərini aşkar edərək problemləri həll edə bilərsiniz. PK qəzalarını bir dəfəyə həll etmək kifayətlənməyəcəyinə görə, texniki dəstək almalısınız. Android telefonlarda baş verən tətbiq çökmə problemi üçün internet şəbəkənizi yoxlayın, müvəqqəti olaraq sənədləri silin və standart mobil dizaynını bərpa edin.

Pop-up reklamlar

İnternetdə pop-up reklamlarını görmək təbii haldır, lakin onları tez-tez görsəniz, problemin olduğunu təxmin edə bilərsiniz. Bu vəziyyətdə, brauzerinizin pluginlərinə baxın və önbelleği təmizləyin. Bu vəziyyətdə, brauzerinizin "keçmiş"inə baxın və həmin paneldə yaddaşı təmizləyin.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.