Maraqlı

Seksual özbaşınalıq, yoluxucu xəstəliklər, qəddar işgəncələr - Dünyanın ƏN QORXUNC HƏBSXANALARI - SİYAHI

23 Fevral 2020 22:49
2 Şərh     Baxış: 3 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşadığımız çəmiyyətdə cinayətkarların var olması, həmin insanları islah etmək üçün həbsxanalar da mövcuddur. Həbsxana törətdikləri cinayətə görə, məhkum edilən şəxslərin saxlanıldığı məkandır. Bu dustaqxanalardan bəziləri məhkumlara qarşı həddindən çox qəddarlıqları ilə yadda qalıblar.

Milli.Az sizlərə ciddi rejimi və vahiməli üsulu ilə digərlərindən  fərqlənən bir neçə həbsxananı təqdim edir.

1. Tstenqli həbsxanası

Dünyada xüsusi nəzarətdə olan 6 həbsxanadan biri olan bu cinayət məntəqəsi Honkonqda 1937-ci ildən fəaliyyət göstərir. Bu təcridxana edam olunan cinayətkarların sayına görə, beynəlxalq statistikada birinci yerdədir. 1 il ərzində burada 120-dən çox məhbus asılaraq edam olunur. Yaponların işğalı nəticəsində isə burada 600-dən çox məhbus qətlə yetirilib. Əsasən burda olan cinayətkarların çoxu dezertir və sərhədləri qanunsuz olaraq keçənlərdir. Hazırda həbsxanada 3000-dən çox məhbus var ki, onlar da həbsxana daxili qaydaları ciddi şəkildə pozur.

2.Sabanet həbsxanası

Venesuelada yerləşən bu həbsxana dünyanın ən qəddar həbsxanası hesab olunur. Cəzaçəkmə müəssisəsinin binasında eyni anda 15 min məhbus cəza çəkə bilər. 1994-cü ildə həbsxana heyəti tərəfindən qəddarlığın təzahürü nəticəsində 196 məhbus həlak olub, 624 nəfər isə yaralaıb.

3. Montelyupix həbsxanası

Təhlükəli və qorxulu nasist həbsxanalarından biri hesab olunan bu yer 2-ci dünya müharibəsi zamanı siyasi məhbuslar, dezertirlər, Britaniya və Sovet cəsuslarının yerləşdirilməsi üçün gestapo rejimli cəzaçəkmə məntəqəsi idi. Həbsxana Polşada indi də fəaliyyət göstərir. 1940-44-cü illər ərzində Montelyupix həbsxanasında nə az nə çox düz 50.000 məhbus həlak olub. Bu həbsxananı digərlərindən fərqləndirən əlamət məhbuslar törətdikləri əməlləri danarkən, onların dindirilmə zamanı, çox ağır, acımasız və insafsız orta əsrlərə məxsus qəddar işgəncələrdən istifadə olunması olub.

4. "Vladimirskiy Çentral"

Həbsxana 1783-cü ildə inşa edilib. O öz şöhrətini Sovet İttifaqı zamanı əksər, siyasi məhbusların həbsindən sonra qazanıb. İndiki məşhurluğunun səbəbi isə həbsxanada olan yoluxucu xəstləliklərin ağırlılıq dərəcəsi və nazarətçilər və məhbuslar arasında baş verən sadist əlaqələridir. Nəzarətçilər məhbusları kameralardan zorla çıxarıb, əllərini divara bağlayaraq özlərindən gedənə qədər onları vəhşicəsinə döyürlər. Bu isə çox hallarda ölümlə nəticələnir. Bəzən isə nəzarətçilər məhkumları bir- biri ilə dalaşmağa məcbur edirlər.

5. Alkatras həbsxanası

Bu həbsxana San-Fransisko sahillərindəki adalarda yerləşir. Bu həbsxanada kriminal aləminin ən təhlükəli cinayətkarları  məhbus həyatı yaşayıb. Həbsxana saxlama şəraitin görə, öz qəddarlığı ilə məşhurlaşıb. 1963-cü ildə həbsxanaya büdcə ayrılmadığı və saxlanma şəraitinin pis olduğu üçün bağlanıb.

6. Diyarbəkir həbsxanası

Dünyada insan haqlarının pozulduğu , məhbuslara qarşı ən çox sayda ədalətsizlik olan və çox sayda sadist münasibətli həbsxanadır. Həbsxana məhbuslara verilən fiziki və psixoloji zorakılıqlarına görə özünə xüsusi məşhurluq tapıb. Həbsxana həm də yaşayış üçün şəraitin yararsız olması və qoruyucular tərəfindən seksual zorakılıqların saysız-hesabsız olduğu bir yerdir. Burada hətta uşaq məhbuslar da ömürlük məhkum ola bilər. Məhbuslar öz həbslərini bu həbsxanada yüngülləşdirmək üçün bir neçə yollara əl atırlar. Onlar aclıq aksiyası edərək aclıqdan ölürlər, intihar edirlər ya da öz ətlərini cəsarətlə dişləyərək özlərini yeyib ölürlər.

7. Maksimum ciddi rejimli Kimiti həbsxanası

Bu yer azadlıqdan məhrum olan insanların acınacaqlı həyat və yaşayış şəraiti ilə diqqət cəlb edir. Burada məhbuslar nəzarətçilər tərəfindən vəhşicəsinə döyülür. Bundan başqa məğlub məhbuslar qoruqçuların sadomazaxist seksual fantaziyalarına məruz qalırıar. Burada qidasızlıq,aclıq, vəba, taun, xora xəstəlikləri normal qəbul edilən hallardır. Hazırda Kimiti Keniyada fəaliyyətdə olan aktiv həbsxanalardandır.

8. Butırka həbsxanası

Rusiyanın paytaxtı Moskvada yerləşən, böyük sahəni əhatə edən, bu həbsxana qəddarlığı ilə məşhurdur. Müəyyən bir dövr ərzində həbsxanada 20000 məhbus saxlanılırdı ki, onların da bir qismi törətdikləri cinayətlərdən dolayı güllələnmişdi.

Məhbuslar nəyəsə etiraz edəndə, ya da üsyan etmək niyyətində olanda rəhbərlik hər zaman zorakılığa əl atırdı. Kameralarda gigiyenik sanitar qaydalarına əməl edilmədiyinə görə, QİÇS və vərəm epidemiyaları baş alıb gedir. Hər il yüzlərlə məhbus bu xəstəliklərin qurbanı olur. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.