Maraqlı

Uduzan namizəd rəqibinin qələbəsini Hitlerlə müqayisə edib

9 Fevral 2020 00:45
0 Şərh     Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Solçular Partiyasının (Die Linke) namizədi Bodo Romelof Türingiya federal əyaləti başçısının seçkilərində məğlub olduqdan sonra xatırladıb ki, nasional-sosialistlərin fəaliyyətə başladıqları ilk vaxtlarda nasistlər ilk dəfə məhz bu torpaqda əyalət hökumətində təmsil olunublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyasətçi belə bir gurultulu bəyanatla qalibin adı məlum olandan sonra çıxış edib. Seçkilərdə mühafizəkar Tomas Kemmerix qalib gəlib. "Almaniya üçün alternativ" (AüA) sağçı radikal partiyasının onun namizədliyini dəstəkləməsi bu qələbədə həlledici rol oynayıb.

Kemmerixin qələbəsi Almaniya üçün şok olub. Merkelin partiyası ilk dəfə ölkədə Hitler ideyalarına ən yaxın siyasi qüvvə hesab edilən bir partiya - AüA ilə ittifaq bağlayıb.

Boro Romelof "Twitter" səhifəsində ümidsizlik içində Hitlerin 1930-cu ilin fevralında yazdığı sözləri xatırladıb: "Türingiyada böyük uğur qazanılıb. Bizim köməyimiz olmadan hökumətdə əksəriyyət əldə edilə bilməzdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.