Maraqlı

Mürəkkəb iş zamanı tərləyən robotlar yaradılıb – VİDEO

5 Fevral 2020 23:50
0 Şərh     Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər iş prosesi zamanı qədərindən artıq istiliyin qarşısını almaq üçün "tərləyən" robot yaradıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları robotların sistemin hərəkətinə və idarə olunmasına cavabdeh hissənin yanında saxlanan soyuducu ilə "tərləməsinə" imkan verən texnologiya hazırlayıblar.

Belə ki, robotların qarşısında getdikcə daha mürəkkkəb vəzifələr qoyulur. Soyutma sistemi olmayan robotda çətin işlər zamanı yaranan istilik onun nasazlığına səbəb ola bilər.

Avtomatlaşdırılan sistem 3D printer ilə hazırlanıb. Robotun yuxarı səthində üzərində kiçik məsamələr olan daxili maye anbarı yerləşdirilib. İnsan barmaqlarına bənzər tutqacların xarici təbəqəsi artan temperaturla genişlənir və bu da məsamələrin genişlənməsinə səbəb olur. Məsamələrin genişlənməsi qızan suyun buxar şəklində xaric olunmasına şərait yaradır. Maye buxarlandıqda tutqaclar soyuyur. Sınaqlar bu soyutma sisteminin insan orqanizminin tərləmə prosesi ilə müqayisədə daha effektiv işlədiyini göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.