Maraqlı

Məşhur texnologiya şirkətinə yeni rəhbər təyin edildi

5 Fevral 2020 23:55
0 Şərh     Baxış: 1 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın məşhur texnologiya şikəti olan İBM-nin  baş direktoru vəzifəsinə yeni təyinat olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, əvvəlki direktor Cinni Romettinin yerinə  bulud və əqli proqram təminatı üzrə böyük vitse-prezident Arvind Krişna gələcək.

Qeyd edilib ki, o, vəzifəsinin icrasına aprelin 6-da başlayacaq. Bununla yanaşı, şirkətin  Direktorlar Şurasının sədri də dəyişir. Yeni sədrin 34 milyard dollara satın alınan bulud proqramının müəllifi, "Red Hat" şirkətinin rəhbəri Ceyms Uaytherstin olacağı bildirilib.

Xatırladaq ki, keçmiş direktor Cinni Rometti 2012-ci ildən bu vəzifəyə gətirilmişdi. İlin sonuna qədər Cinni Rometti İdarə Heyətinin sədri kimi fəaliyyətinə davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.