Maraqlı

Yaşlı fransız qadının mətbəxindən intibah dövrünün rəsm əsəri tapılıb

4 Fevral 2020 07:35
0 Şərh     Baxış: 1 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İncəsənət tarixçiləri Paris yaxınlığında yaşayan yaşlı bir qadının mətbəxindən "İntibah dövrünün atası" adı verilən florensiyalı rəssam Çimabuenın rəsm əsərini tapdıqlarını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qədim rəsm sənətkarları üzrə mütəxəssis Erik Terkin 13-cü əsrə aid "Məsihin işgəncəsi" adlı taxta panelindəki temperanı 4-6 milyon avro dəyərində qiymətləndirib.

"Actéon" auksion evinin rəhbəri Dominik Le Koent-de Belye, qadının qocalar evinə yerləşdirildikdən sonra həmkarının əsərin orijinallığını müəyyən etmək üçün hakim tərəfindən dəvət edilidyini bildirib. Auksion evi Çimabuenin əsərlərinin nadirliyini nəzərə alaraq, qovaqdan olan paneldəki temperanın tapılmasını "Qərb sənət tarixinin əsas kəşfi" adlandırıb.

Əsər, Çimabuenin Məsihin "işgəncəsini və çarmıxa çəkilməsini" təsvir edən və 1280-ci ildə yaranan səkkiz rəsmdən ibarət silsilənin bir parçasıdır.

Bu silsilənin əsərlərindən olan başqa iki rəsm - "Məryəm, körpə və İki mələk" Londondakı Milli Qalereyada və "Məsihin İncisi" Nyu-Yorkdakı "Frick Collection" adlanan şəxsi kolleksiyada yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.