Maraqlı

Kia-nın hibrid yenilikləri üçün sifarişlərə start verildi

25 Yanvar 2020 20:05
0 Şərh     Baxış: 792
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa bazarında Kia Ceed Sportswagon və XCeed hibrid yenilikləri üçün sifarişlərin qəbuluna başlanılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, hər iki avtomobil məşhur Kia Niro modelindən güc aqreqatı alıb. Kapotun altında 140 at gücünə malik 1,6 litrlik benzin mühərriki quraşdırılıb. Eyni zamanda 60 at gücünə  elektrik tənzimlənmə nəzərdə tutulub. Hibrid modellərində  6 pilləli robotlaşdırılmış transmissiya olacaq.

Bu avtomobillər 24,7 saatlıq batareyaya malikdir. Tam dolu batareya ilə 60 kilometrə qədər məsafəni qət etmək mümkün olacaq. Kia Ceed-in yeni hetçbekinin xarici görünüşü əvvəlki nəsillərdən daha unikaldır. Qalan detallar hələ açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.