Maraqlı

Biotin çatışmazlığı

25 Yanvar 2020 08:15
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biotin (B7) orqanizmdə yağların və karbohidratların mübadiləsi üçün lazım olan maddədir. Biotin müxtəlif məhsulların tərkibində olur. Bu məhsullara aiddir:
* yumurta
* qaraciyər
* böyrəklər
* süd
* balıq
* qoz və s.
İnsan orqanizminin biotinə olan gündəlik tələbatı 150-200 mq təşkil edir. Bu tələbat hamiləlik vaxtı 250-300 mq-a qədər yüksəlir.
Biotinin çatışmazlığı orqanizmdə dərinin qurumasına və qalınlaşmasına, kəpəkləşməsinə və solğunlaşmasına səbəb olur. Orqanizmdə uzun müddət biotin çatışmazlığı olduqda iştahanın itməsi, ürəkbulanma, tüklərin tökülməsi, yuxululuq, depressiya əlamətləri, konyuktvit, əzələ ağrıları, zəiflik, qanda xolesterinin və şəkərin artması müşahidə edilir.
Biotin çatışmazlığı irsi xarakter daşıyır və anadangəlmə ola bilir. Bu zaman xəstəliyin əlamətləri yenidoğulmuş uşağın həyatının ilk günlərindən özünü biruzə verir. Müxtəlif səbəblərdən yaşlı adamlarda baş vermiş biotin çatışmazlığı isə xəstələrdə arıqlamağa, əzələlərdə ağrıya, dərinin qızarmasına və iltihabi xəstəliklərinə, əsəbi gərginliyə, oyanıqlığa, hallyusinasiyaların baş verməsinə, yuxululuğa, yuxu sisteminin pozulmasına səbəb olur.
Xəstəliyə diaqnozun qoyulmasında sidiyin analizinin nəticələri əsas götürülür. Laborator müayinədə sidikdən artıq miqdarda biotinin xaric olması, biotin çatışmazlığı diaqnozunu təsdiqləyir.
Müalicə ümumi möhkəmləndiricilrlə yanaşı, biotinin qəbulu ilə aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.