Maraqlı

Bu məktəbli qızın zəkasına hər kəs heyran qaldı - VİDEO

24 Yanvar 2020 07:28
1 Şərh     Baxış: 3 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada məktəbli qız dünya gündəminə düşüb.

Milli.Az xəbər verir ki, paytaxt Moskvanın Stubino qəsəbəsində yaşayan azyaşlı məktəbdən evə qayıdarkən arxasınca tanımadığı adamın gəldiyini görüb.

Yaşadığı binaya qədər naməlum şəxsin təqibinə məruz qalan azyaşlı onu aldadaraq xilas olmağı bacarıb. Belə ki, o, binaya daxil olaraq liftə doğru gedib. Daha sonra ani manevrlə əks tərəfdə yerləşən kiçik boşluqda gizlənib. Naməlum şəxsin liftə yaxınlaşdığını görən məktəbli dərhal binanı tərk edib və yaxınlıqdakı bir şəxsdən kömək istəyib. Naməlum adam qızı axtarsa da, tapa bilməyib. Onlar binanın girişində qarşılaşıblar. Məktəbli qızın yanında başqasının olduğunu görən adam oradan uzaqlaşıb.

Hadisə anbaan təhlükləsizlik kameralarının yaddaşına köçüb.

Hadisə ilə bağlı polisə müraciət olunub. Polis və prokurorluq kamera görüntülərindən şübhəli şəxsi tapıb və məsuliyyətə cəlb edib.

Məktəbli qızın ayıq-sayıqlığı və zəkası hər kəsi heyran edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.