Məşhur rusiyalı reper Quf Əbu-Dabidə polislər tərəfindən saxlanılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Taylanddan Moskvaya gələn ifaçı tranzit kimi Əbu-Dabidən istifadə edib.
O, hələ Taylanddan uçarkən təyyarədə özünü pis aparıb, digər sərnişinləri narahat edən hərəkətlər etməyə başlayıb.
Əbu-Dabiyə enən zaman isə Quf hava limanının əməkdaşları tərəfindən saxlanılaraq, polisə təhvil verilib. Hazırda reper və yanındakılar polis idarəsindədir.
Milli.Az