Məşhur reper Əbu-Dabidə saxlanılıb

22 Yanvar 2020 21:08

Məşhur rusiyalı reper Quf Əbu-Dabidə polislər tərəfindən saxlanılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Taylanddan Moskvaya gələn ifaçı tranzit kimi Əbu-Dabidən istifadə edib.

O, hələ Taylanddan uçarkən təyyarədə özünü pis aparıb, digər sərnişinləri narahat edən hərəkətlər etməyə başlayıb.

Əbu-Dabiyə enən zaman isə Quf hava limanının əməkdaşları tərəfindən saxlanılaraq, polisə təhvil verilib. Hazırda reper və yanındakılar polis idarəsindədir.

Milli.Az