Maraqlı

“Microsoft” günəş enerjisi ilə işləyən noutbuk ixtira edib

16 Yanvar 2020 23:05
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" günəş enerjisi ilə işləyən noutbukun konseptini nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ixtira 2018-ci ilin ikinci yarısında ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinə təqdim edilib, amma yalnız 2020-ci ilin yanvarında təşkilatın saytında dərc edilib. Təsvir və sxemə əsasən, noutbukun arxa panelində qurğunun akkumulyatoru ilə birləşdirilən bir neçə fotoelement yerləşir.

Günəş panelləri noutbukun batareyasının şarjını avtonom işləmə zamanı (noutbuk elektrik şəbəkəsinə qoşulmadıqda) doldura biləcək. Patent ərizəsində dəqiqləşdirilir ki, yalnız günəş enerjisi deyil, həm də süni işıqla enerji doldurmaq mümkündür. Qatlanan konstruksiya sayəsində panellər lazım olduqda kompüterin korpusunda gizlədilə bilər. Sənəddə kompüteri alternativ enerji mənbələri vasitəsilə enerji doldurmaq üçün lazım olan vaxt göstərilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.