Maraqlı

Simsiz “Samsung” televizorlarının xüsusiyyətləri məlum olub

16 Yanvar 2020 21:35
0 Şərh     Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Samsung" şirkəti "CES 2020" istehlak elektronikası sərgisində qabaqcıl televizorların nümayişi ilə yanaşı, buraxılışı planlaşdırılan yeni nəsil modellər barədə məlumat verib. Yeni televizorların əsas xüsusiyyəti kimi adi kabellərin olmaması qeyd olunur - onları hətta rozetkaya qoşmaq lazım gəlməyəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni televizorlarda standart enerji kabeli əvəzinə, elektromaqnit induksiya prinsipindən istifadə ediləcək. Hazırda sınaq nümunələri test edilir. "Samsung" şirkətinin bəyanatına görə, mühəndislər ötürücü və televizor arasında maneələr olmadığı halda elektrik enerjisinin 2 metr məsafəyə simsiz ötürülməsinə nail olublar. Qurğunun digər spesifikasiyaları barədə məlumat verilmir.

Belə qurğunun yaradılması yenilik deyil - ilk dəfə elektrik enerjisini və 1080p təsvir ölçülü videosiqnalı ötürə bilən "WHDI" simsiz interfeysli "kabelsiz" televizor 10 il əvvəl "CES 2010" sərgisində nümayiş olunub. O vaxt texnologiyanın mükəmməl olmaması, istehsalın maya dəyərinin isə çox baha başa gəlməsi səbəbindən televizorun prototipi yaradılmayıb.

"Samsung" şirkətinin daha mükəmməl simsiz televizor modelini "CES 2021" sərgisində təqdim edəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.