Yaponiyalı milyarder Yusaku Maezava dünyada gündəm yaradan qərar verib.
Milli.Az xəbər verir ki, milyarder pulun insanları xoşbəxt edib-etmədiyini yoxlamaq üçün sosial sınaq keçirib.
O, tvitter hesabındakı min izləyicisinə 9 milyard dollardan çox pul paylayacaq.
Yarışma artıq 7 yanvarda bitib. Lakin mükafatlar hələ təqdim olunmayıb. Yarışın yeganə şərti isə milyarderin tvitini retvit etmək və pulu aldıqdan sonra hislərini ifadə edən video çəkmək olub. Sosial sınağa 4 milyondan çox insan qatılıb. Qaliblərin 2-3 gün ərzində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Yusaku Maezava tez-tez belə yarışlar keçirir. O, 2017-ci ildə 1 ədəd Yan-Maykl Baskuit rəsminə 111 milyon dollar verməsilə gündəmə gəlmişdi. (publika.az)
Milli.Az