Maraqlı

Televizor ekranlarının hazırlanması üçün yeni texnologiya təqdim edilib

11 Yanvar 2020 08:31
0 Şərh     Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TCL" şirkəti "CES 2020" sərgisində "Vidrian Mini-LED" yeni nəsil displeylərin hazırlanması texnologiyasını təqdim edib. Bu matrisalar mövcud analoqlarla müqayisədə bir sıra üstünlüklərə malikdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Vidrian Mini-LED" işıqlandırma texnologiyası tam şəffaf şüşə altlıq üzərində ölçüsü mikrometrlərə bərabər on minlərlə işıq diodunun tətbiqini nəzərdə tutur. Onlar yarımkeçiricilər vasitəsilə idarə edilir. Şirkət nümayəndələrinin sözlərinə görə, belə həll daha yaxşı kontrastlıq və parlaqlıq sayəsində televizorların görüntüsünün keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir. Bundan başqa, belə işıqlandırmanın üstünlüyünü istənilən işıqlandırma şəraitində - həm tam qaranlıq otaqda, həm də parlaq işıqlıqda qiymətləndirmək mümkündür.

Qeyd olunur ki, "TCL" şirkəti "Vidrian Mini-LED" texnologiyasından istifadə edən ilk televizorları bu il nümayiş etdirməyi planlaşdırır.

Xatırladaq ki, ötən il "TCL" şirkəti "Mini-LED" texnologiyası əsasında işıqlandırmaya malik dünyanın ilk televizorunu nümayiş etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.