Maraqlı

Bir şirkətin çöküşü – Kodak niyə batdı?

7 Yanvar 2020 22:55
0 Şərh     Baxış: 1 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1980-1990-cı illərin ən yaxşı kamera markası Kodak 2000-ci illərdə ciddi böhran yaşadı. Hazırda bəlkə də bir çox insan bu markanı tanımır. İflasın bir addımlığında olan marka niyə bu vəziyyətə düşdü?

Milli.Az techland.az-a istinadən bildirir ki, ilk dəfə digital kamerasını tanıdan Sony Kodak üçün ən ciddi rəqib olmuşdu. Digital kamera çıxdıqdan sonra isə Kodakın rəhbərliyi ciddi problemlə üzləşdilər. Onların texnologiyası ən yeni müasir texnologiya qarşısında rəqabətə dözə biləcəkmi?

Şirkət digital fotoqrafiyanın artıq qaçınılmaz olduğunu başa düşmüşdü. Hazırda hamımız bunun şahidiyik. Ancaq Kodak bu keçidin bu qədər sürətli olacağını təxmin edə bilmədi. Bunun hələ 10 il ərzində baş verəcəyini proqnoz etdilər. Bütün problem burada yarandı. Proqnoz özünü doğrultmadı. Ənənəvi fotoqrafiyadan digital fotoqrafiyaya keçid o qədər sürətli şəkildə baş verdi ki, Kodak rəqibləri qarşısında geridə qalmış bir marka kimi tanındı.

Ancaq hələ də şansları var idi. Kodakın bu çöküşün qarşısını almaq üçün bir sıra yolları var idi. İlk olaraq şirkət texnoloji dəyişikliyi qəbul etməli idi. Buna baxmayaraq Kodak 10 il ərzində digital fotoqrafiyaya keçid etməkdə ləngidi. Bu da qaçınılmaz olaraq şirkətin böhranını sürətləndirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.