"Genesis"in yeni krossoverinin fotoşəkilləri internetə sızdırılıb. Bundan sonra istehsalçı şirkət avtomobil həvəskarları ilə "Genesis GV80" modelinə həsr olunmuş rəsmi kadrları da bölüşmək qərarına gəlib.
Milli.Az ted.az-a istinadən bildirir ki, ilk növbədə genişlənmiş radiator qəfəsi gözə çarpır. Salonda sensor panel üçün nəzərdə tutulmuş əksər fiziki düymələr ləğv edilib. Həmçinin adi ötürücü keçiricisinin yerinə xüsusi "şayba" nəzərdə tutulub.
Alıcılar 380 at gücünə malik 2,5 və ya 3,5 litrlik mühərrikli yeni krossover əldə edə bilərlər. Avtomobil 8 pilləli avtomatik transmissiya ilə hərəkət edir.
Artıq 2020-ci ilin yanvar ayından başlayaraq yeni modeli əldə etmək mümkün olacaq.
Milli.Az