Maraqlı

Facebook hesabı olmadan Messenger işlətmək artıq mümkün olmayacaq

31 Dekabr 2019 21:55
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook Messenger tətbiqi bildiyiniz kimi sadəcə telefon nömrəsi ilə qeydiyyat olaraq da işlətmək mümkün olan bir platforma idi. İstifadəçilər Facebook hesabı açmadan Messenger-də qeydiyyat ola bilirdilər. Lakin şirkətin aldığı yeni qərara əsasən bu artıq mümkün olmayacaq. Bəzi istifadəçilər tərəfindən aşkarlanan bu yeni qərar bir çox insanın şikayət etməsinə səbəb oldu.

Milli.Az technote.az-a istinadən bildirir ki, Facebook bu qərarı təsdiqlədi. Facebook hesabı olmadan artıq Messenger işlətmək olmayacaq.

Facebook dəstək qrupuna yazan insanlar bu sualları rəsmilərə də verdi. Nəticə olaraq qərar təsdiqini tapdı. Artıq Messenger-i tək başına işlətmək mümkün olmayacaq. Qeyd edək ki, bu qərarın təsiri hələki bütün istifadəçilərə yansımayıb. Növbəti günlərdə hər kəsə şamil olacaq. Lakin digər tərəfdən istifadəçiləri qorxudan bu strategiyanı Whatsapp üçün də tətbiq etmək istəyə bilməsidir. Facebook əlindəki güc və hegemoniyanı istifadə edərək istifadəçiləri istədiyi kimi yönləndirə bilir. Whatsapp üçün də eynisi olarsa, insanlar digər alternativlərə keçə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.