Maraqlı

Ömrümüzün iki ilini alan telefon danışıqları, 20 dəqiqə ərzində dörd qəzet oxuyan prezident – MARAQLIDIR

2 Yanvar 2020 21:20
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər insanın informasiya tələbatı fərqlidir.

Milli.Az ted.az-a istinadən maraqlı məlumatlardan ibarət daha bir yazını sizə təqdim edirik:

1. İnternetin illik artım tempi saniyədə 314.000 mbit-dir.

2. Bir insan həyatının iki ilini telefon danışıqlarına həsr edir.

3. Pablo Pikasso pulsuzluqdan əziyyət çəkdiyi zamanlarda rəsmlərini yandıraraq qızınırdı.

4. Sağ əlini istifadə edənlər solaxaylara nisbətən 9 il çox yaşayırlar.

5. Amerikada hər saat 40 insan həyatını xərçəng xəstəliyindən itirir.

6. Şüşə qırıldığı zaman ətrafa dağılan hissəciklər saatda 3 min mil sürətlə ətrafa yayılır.

7. ABŞ-ın keçmiş prezidenti Con Kennedi 20 dəqiqə ərzində dörd qəzet oxuya bilirdi.

8. 1987-ci ildə Amerika hava yolları uçuşlarda sərnişinlərə təqdim olunan səhər yeməyi üçün hər qabdan bir zeytun çıxararaq 40 000 dollar qazanc əldə etdi.

9. Bethoven mahnı bəstələməmişdən öncə başını soyuq suya salırdı.

10. "Big Mac" hamburgerin çörəyində ortalama 178 küncüt toxumu var.

11. Dəvəquşunun gözü beynindən böyükdür.

12. Kişilər həyatlarının 3350 saatını təraş olmaq üçün sərf edir.

13. Okeanın ən dərin hissəsində dəmir topun dibə çökməsi 1 saat çəkir.

14. Kiminsə üzünü xatırlamaq üçün beynin sağ tərəfi istifadə olunur.

15. Dünyadakı ilk telefon qovluğunda yalnız əlli ad yer almışdı. Bu haqda 1878-ci ilin fevralında "Connecticut New Haven"də nəşr olunub.

16. Ən çox asfaltlı yola sahib olan ölkə Fransadır.

17. Gündüz işığından faydalanmaq üçün saat tətbiqinə Benjamin Franklin başlayıb.

18. Mirvarilər sirkədə əriyir.

19. Mexico City hər il 25 sm çökür.

20. Nyuton yerin cazibə qanununu kəşf etdiyi zaman 23 yaşında idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.