Maraqlı

Aktyoru geyiminə görə ələ saldılar - FOTO

28 Dekabr 2019 20:26
1 Şərh     Baxış: 1 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktyor İbrahim Çelikkol geyiminə görə izləyicilər tərəfindən lağa qoyulub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, kanalların birinin yeni il gecəsi ziyafətində iştirak edən aktyor həmkarı Demet Özdemir ilə kameralara poz verib. Olanlar da elə bundan sonra olub. Gecəyə idman üslublu geyimi ilə gələn aktyor lağ obyektinə çevrilib. Sosial şəbəkədə yayılan fotoya izləyicilər məzəli mesajlar yazaraq, aktyoru ələ salıblar.

"Qoyun otarmaqdan gəlirsən, İbrahim", "İbrahimi küçədə zibil yığana bənzətdim. Köynəyi də, deyəsən, kiminsə yazığı gəlib, geyinməyə verib", "İbrahim, özünü niyə bu günə qoymusan",- deyə qeyd ediblər.

Qeyd edək ki, hazırda İbrahim Çelikkol və Demet Özdemir "Doğduğun ev kaderindir" serialında tərəf müqabilidirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.