Maraqlı

Almaniyada sürücü huşunu itirdi - tramvayı sərnişinlər dayandırdılar

28 Dekabr 2019 08:38
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Bonn şəhərində sürücüsü huşunu itirən tramvay sərnişinlər tərəfindən dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tramvay gecə saatlarında marşrut üzrə gedirmiş. Gecə saat 1-də nəqliyyat vasitəsi dayanacaqlarda artıq dayanmayıb. Sərnişinlər sürücü ilə əlaqə qurmağa çalışıb, amma heç kim cavab verməyib.

Daha sonra iki vətəndaş şüşəni qıraraq onun kabinasına daxil olub. Daxil olandan sonra onu huşsuz vəziyyətdə görüblər.

Qalan sərnişinlər tramvay sahibi olan nəqliyyat şirkəti ilə əlaqə saxlayıblar. Telefonda tramvayın necə dayandırılmağı onlara izah edilib. Ciddi xəsarət alan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.