Maraqlı

Dünyada İsveçrə saatlarının satışında kəskin azalma müşahidə olunub

31 Dekabr 2019 10:40
0 Şərh     Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada davam edən qlobal iqtisadi qeyri-müəyyənlik məşhur İsveçrə saatlarının və brilyantların satışlarını azaldıb.

Ekspertlər bildirir ki, bunun səbəbi, qlobal qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda alıcıların qənaətə keçməsidir.

Xüsusilə İsveçrə saatlarının satışındakı azalma ekspertləri təəəccübləndirib. 1980-ci illərdən bəri ilk dəfədir ki, onların satışında azalma baş verir.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, 2019-cu ildə satışlar 3,5% azalaraq 1 milyard 993 milyon İsveçrə frankı təşkil edib. Qol saatlarının satışı 2,5% azalaraq 1 milyard 896 milyon franka düşüb. Azalmanın əsas səbəblərindən biri İsveçrə saatlarının böyük bazarlarından sayılan Honkonqda etirazların olmasıdır.

ABŞ-da saatların satışı 4,6%, Sinqapurda 29,6%, Yaponiyada isə 7,8% artıb. Əgəzində Honkonqda satışlar 26,7%, Çində 5,5%, Almaniyada isə 1,9% azalıb. İsveçrə saatlarının yarıdan çoxu bu 6 ölkədə satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.