Maraqlı

Huawei Mobil Servisləri bu ay hazır olacaq 2-3 minutes

28 Dekabr 2019 22:10
0 Şərh     Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyiniz kimi Huawei şirkətinin Google ilə lizensiyalarla bağlı problemləri yaranmışdı. Bu səbəblə artıq yeni Huawei telefonlarında Google servislərini istifadə etmək mümkün olmayacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkət Google servislərinə alternativ olaraq öz servislərini yaratmağa qərar vermişdi və nəhayət ki, Dekabr ayında artıq bu servislər hazır olacaq. Bu haqda Huawei Hindistan müdiri Charles Peng məlumat verib.

Huawei servisləri Google servislərinə güclü bir alternativ olacaq. Hindistanlı tərtibatçılardan da yardım alınıb.

        Google servisləri Android ekosisteminin önəmli bir parçasıdır. Hal-hazırda yeni telefon alarkən bir çox Google tətbiqi də cihazın üzərində gəlir. Lakin Huawei telefonlarına artıq bu aid deyil. Huawei Hindistan müdiri Peng-in dediklərinə görə artıq öz mobil servisləri bu ay içində tam şəkildə hazır olacaq. Həmçinin mobil ödəmələr üçün lazım olan servislər də hazırlanır. Huawei rəsmisinin dediklərinə görə istifadəçilər Google və Huawei-n mobil servisləri arasında heç bir fərq görməyəcəklər. Digər tərəfdən şirkətin məqsədinin Google servis və tətbiqlərinə tamamilə alternativ olmaq istədiyini görə bilirik. Peng deyir ki, yaxın aylarda çox geniş tətbiq bazasına malik Play Store tipli tətbiq mağazaları da hazır olacaq. Görünən odur ki, Huawei istifadəçilərini Google servis və xidmətlərindən uzaqlaşdırmaq istəyir. Bütün servislərə alternativ yaradılsa da istifadəçiləri Youtube-dan necə kənarlaşdıracaqları hələki məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.