Azərbaycanda mexanika maşınların sonu gəlir - Ekspertlər nələri proqnozlaşdırır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mexanika maşınların sayı dünyada getdikcə azalır. Bu, bizim ölkəyə də təsir edir.
Milli.Az xəbər verir ki, sürücülərin sözünə görə, bu maşınlara alıcı tapılmadığı üçün qiymətləri də azalır:
"Artıq insanlar rahatlığa üstünlük verdikləri üçün avtomat sürətlər qutusu sürməyə üstünlük verirlər. Bundan əlavə, avtomat karopkaya malik avtomobillər sürücülərə xüsusilə şəhərdə, tıxaclarda və sıx trafik şəraitində daha az yorğunluq gətirir. Bu da onların üstünlüklərindən biridir".
Bəs mexanika avtomobillərin bazardan çıxarılması gözlənilir?
Məsələ il bağlı nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, son zamanlar bu avtomobillərə alıcı tapılmır deyə ölkəyə gətirilmir. Azərbaycanda mexanika maşınlar hələ də var. Bu maşınlar paytaxtda çox olmasa da bölgələrdə kifayət qədərdir. Belə ki, rayonlarda tıxac çox olmadığı üçün bu maşınları insanlar rahat sürə bilir.
Ekspert həmçinin qeyd edib ki, mexanika və avtomat sürətlər qutusu avtomobillər arasındakı fərq yalnız ötürmə qutusunun tipindən ibarət deyil, həm də avtomobilin istehsal ili, texniki vəziyyəti və baxımı ilə bağlıdır. Mexanika maşınlar daha sadə və daha ucuz təmir olunmasına baxmayaraq, sürücülərin rahatlığı və şəhər şəraitinə uyğunluğu baxımından avtomat sürətlər qutusu maşınlara üstünlük verilir:
"Azərbaycanda mexanika ötürməli avtomobillərin sayı azalmağa davam edir, amma xüsusilə bölgələrdə bu növ avtomobillərə olan tələbat hələ də mövcuddur. Buna görə də həm mexanika, həm də avtomat ötürməli avtomobillərin özünəməxsus yeri və üstünlükləri qalır. Gələcəkdə isə avtomat ötürməli avtomobillərin bazarda daha da geniş yayılması gözlənilir".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
5 günlük tətil başlayır
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
XƏBƏR LENTİ
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq
-
Emrə Altuğun əsl adı üzə çıxdı
-
Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan videosu
-
Bir həftədə zirvədən eniş: "Nvidia" rəhbərinin xəyanət etirafı və milyardlıq itkilər
-
Şagird 1500 manat oğurlayıb dönər aldı
-
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
-
Sumqayıtda yol çökdü - (Video)
-
Tələbələri fotoları ilə şantaj edən şəxs saxlanılıb - (Video)
-
İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb





