Maraqlı

“TIME” son onilliyin 10 ən yaxşı video oyununu müəyyənləşdirib

28 Dekabr 2019 07:11
0 Şərh     Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TIME" jurnalı son onilliyin on ən yaxşı oyunlarının reytinqini tərtib edib. "Grand Theft Auto V" (2013), "The Legend of Zelda: Breath of the Wild" (2017) və "Fortnite" (2017) oyunları ilk üç yeri tutublar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, dekabrın 19-da dərc edilmiş reytinqə, həmçinin 2009-cu ildə çıxarılmış "League of Legends" oyunu daxil edilib. Oyun kiberidman üçün qızıl standarta çevrilib. "League of Legends" yarışları dünyada stadionları doldurur və daha çox tamaşaçı cəlb edir.

2011-ci ilin oyunu olan "Dark Souls" süjetin mürəkkəbliyinə görə onluğa daxil edilib. Jurnalistlər bildiriblər ki, bir çoxları oyunun qeympleyini köçürməyə cəhd etsə də, heç kim buna nail olmayıb.

Reytinqdə, həmçinin "Minecraft", "Portal 2", "The Elder Scrolls V: Skyrim" və "Pokémon Go" kimi oyunlar var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.