Maraqlı

Beynin funksiyalarına malik ilk neyromorf şəbəkəsi hazırlanıb

28 Dekabr 2019 08:15
0 Şərh     Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və yaponiyalı alimlər tərəfindən təqdim edilmiş neyromorf şəbəkəsi ondan elektrik enerjisi keçdikdə beynin funksiyalarına malik olur. Alimlər bildiriblər ki, onlar ilk dəfə nanomateriallardan süni beynin işlək modelini hazırlamağa nail olublar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ və Yaponiyadan olan beynəlxalq tədqiqat qrupu çoxsaylı metal nanonaqildən ibarət olan neyromorf şəbəkəsi hazırlamağa müvəffəq olub. Bu şəbəkədən istifadə edən komanda beynin impulslarına bənzər impulslar yarada bilib. Məsələn, o, yadda saxlamaq, öyrənmək, unutqanlıq, sayıqlıq və sakitlik kimi xüsusiyyətlər nümayiş etdirə bilər.

Qurğunun ölçüsü 10 kv.mm təşkil edir. "Bizim neyromorf şəbəkəmiz əslində beynin işlək modelidir" - alimlər deyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.