Maraqlı

Qatlana bilən Motorola RAZR smartfon modelinin satışları təxirə salındı

26 Dekabr 2019 23:15
0 Şərh     Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il qatlana bilən smartfon modellərindən heç biri vaxtında satışa çıxmadı. Samsung və Huawei özlərinin Galaxy Fold və Mate X smartfonlarındakı səhvləri aradan qaldırmaq və onları yenidən test etmək məqsədi ilə satışları təxirə saldılar. Həmin hal noyabr ayında təqdim edilmiş qatlana bilən Motorola RAZR smartfon modeli ilə də yaşandı. Bu barədə The Verge saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni Motorola RAZR smartfon modeli 26 dekabr tarixində ilk öncə eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatorunda satışa çıxmalı idi. Faktiki olaraq satışlar 9 yanvar tarixinə planlaşdırılırdı. İndi isə istehsalçı sözügedən smartfonun satış tarixini təxirə salıb. Lakin Motorola RAZR-ın digər qatlana biən smartfonlardan fərqli olaraq əlavə testlərə və səhvlərin ortadan qaldırılmasına ehtiyac duymur.

Belə ki, smartfonun satış tarixinin təxirə salınmasının əsas səbəbi ona böyük tələbatın olmasındadır. Yəni 1499$ dəyərində olan smartfonu almaq istəyənlərin sayı çoxdur. Motorola RAZR modelinin dəqiq satış tarixi barəsində bir məlumat olmasa da güman etmək olar ki, o, yanvar və ya fevral ayında satışa çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.