Maraqlı

“Survivor”un qalibi olmuş məşhur idmançı atasını məhkəməyə verdi - FOTO

24 Dekabr 2019 09:55
0 Şərh     Baxış: 1 795
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Survivor" yarışmasının qalibi, kikboksçu Avatar Atakan atasını məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kikboksçu atasını onu təhdid etdiyi üçün prokurorluğa şikayət edib.

"İki sayfa" verilişinə açıqlama verən Atakan atasını bağışlamayacağını bildirib:

"Onu həyatım boyunca bağışlamayacağam. Bu haqda ətraflı danışmaq istəmirəm. Bütün deyilməli sözləri şikayətimdə yazmışam.

Ümumiyyətlə, bir atanın övladı üçün etməməli olduğu şeylər yaşandı. Maddiyatla bağlı səsləndirilən fikirlər doğru deyil. Amma təhdid edilməyim doğrudur. Elə şeylər var ki, onları bağışlamaq mümkün deyil. Ona görə də prokurorluğa müraciət etmək məcburiyyətində qaldım".

Qeyd edək ki, Avatar Atakan 2016-ci ildə "Survivor" yarışmasının qalibi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.