Maraqlı

Oyuncaq videoları çəkərək ildə 26 milyon dollar qazanır

24 Dekabr 2019 21:50
0 Şərh     Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Forbes dünyanın ən çox qazanan youtuberlərinin siyahısını paylaşıb. Dünyanın ən çox qazanan youtuberinin 8 yaşlı Ryan Kaji olduğu bildirilib.
Milli.Az techland.az-a istinadən bildirir ki, cəmi 8 yaşı olan Ryan Kaji youtubeda oyuncaq tanıtımı videoları paylaşır. Ötən il 22 milyon dollar gəlir əldə edən balaca youtuberin bu ilki gəliri 26 milyon dollar olub.
Kanalın ilk adı Ryan ToysReview olsa da sonradan adını dəyişdirmək qərarına gəliblər. Kanalın yeni adı Ryan's Worlddur. Bunun səbəbi isə kanalda bundan sonra yalnız oyuncaq videolarının olmayacağıdır.

Kanalın 23 milyon izləyicisi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.