Maraqlı

“Facebook” şirkəti “Android”in alternativini hazırlayır

24 Dekabr 2019 07:51
0 Şərh     Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook"un portfoliosuna yalnız sosial şəbəkə daxil deyil: şirkət uzun müddət olar ki "ağıllı" ekranlar və virtual reallıq şlemləri daxil olmaqla aparat həlləri ilə məşğul olur. Bu qurğular "Android" əməliyyat sisteminin modifikasiya edilmiş versiyasının idarəetməsi altında işləyir, amma tezliklə vəziyyət dəyişə bilər. Korporasiya öz əməliyyat sistemini hazırlamağa başlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin aparat həllərində istifadə üçün nəzərdə tutulmuş yeni əməliyyat sistemi sıfırdan hazırlanacaq. Layihəyə "Microsoft"un keçmiş əməkdaşı və "Windows NT" platformasının yaradıcılarından biri Mark Lyukovski rəhbərlik edəcək. "Facebook" şirkəti, həmçinin "Siri" və ya "Alexa"ya oxşar səs köməkçisi hazırlayır.

Eyni zamanda "Facebook" şirkəti "beyin-kompüter" interfeysinin yaradılması üzərində işləyir. Hazır məhsulun yaradılmasına 5-10 il vaxt lazım ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.