Maraqlı

NASA tərəfindən nəşr olunan, buzlaqların 47 illik dəyişməsini göstərən VİDEO

22 Dekabr 2019 22:05
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA, dünyadakı buzlaqların on illər boyunca peyklər tərəfindən əldə edilən görüntülərindən bir video hazırladı. NASA-nın hazırladığı videoda, dünyadakı buzlaqların 47 il ərzində keçirdiyi dəyişmə dəqiq bir şəkildə görsənir.

Buzlaqlardakı dəyişmənin göstərən videoda, 1972-ci ildə NASA-USGS Landsat proqramındakı görüntülər başlanğıc olaraq istifadə edilir. Alaska Fairbanks Universitetindən buzlaqlar üzrə alim Mark Feynstok tərəfindən hazırlanan videoda, iqlimin istiləşməyə başlaması ilə buzlaqların yaşadığı dəyişikliklər müşahidə edilir.

1972-ci ildə ilk dəfə müşahidə edilən bəzi buzlaqların yerlərində artıq göllərin ya da dənizə doğru irəliləyən su bölgələrinin olduğu görünür. Videoda istifadə edilən görüntülərdən elm insanlarının, buzlaqların dəyişməsinə səbəb olan amillər də sezilir.

Videoda görünən Kolumbiya Buzlağı, 1972-ci ildə nisbətən daha sabit idi. 1980-c illərin ortasına gəldikdə buzlağın bir cəbhəsi sürətlə əriməyə başladı. 2019-cu ildə də buzlaq cəbhəsi 20 km geridə var. Elm insanları, Kolumbiya Buzlağının bu anda dünyadakı buzlaqlar arasında ən sürətli halda dəyişən buzlaqlardan biri olduğunu dedi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.