ABŞ-da siqaret satışının minimum yaş həddi 18-dən 21-ə qaldırılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Konqresi tütün məhsullarının satışı üzrə minimum yaş həddinin 18-dən 21-ə qaldırılmasına dair qanun layihəsini təsdiqləyib. Prezident Donald Trampın qanun layihəsini imzalayacağı gözlənilir.
Qərar gələn ildən qüvvəyə minəcək.
ABŞ Konqresinin bu qərara gəlməsinə səbəb ölkədə gənclər arasında siqaret və elektron siqaret istifadəsinin kəskin artmasıdır.
Qeyd edək ki, hazırda ABŞ-ın 50 ştatının 19-da siqaret satışı üzrə minimum yaş həddi 21 təyin edilib.
Milli.Az