Maraqlı

Dünyada ilk dəfə bu körpəyə qoyulan diaqnoz - "Qoca qarı sindromu"

20 Dekabr 2019 22:30
0 Şərh     Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada ilk dəfə 2 yaşlı İsla Skritonda "Benjamin Batton" diaqnozu qoyuldu.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qızda nadir mandibuloakral displaziya adlı genetik mutasiya var ki, uşaq kiçik qoca qarı kimi görünür.

Hazırda uşaq 12 həkimin nəzarətində yaşayır. Körpənin evdə qalması mümkün deyik, çünki hər an boğula bilər.

Boru vasitəsilə qidalanan İsla olduqca şəndir. Atası onu nənə deyə çağırır.

Alimlər uşağın gələcəyi ilə bağlı proqnoz verə bilmir, çünki tibdə ilk dəfədir bu mutasiya ilə qarşılaşırlar.

Xəstəlik körpə doğulan kimi biruzə vermir, uşaq adi körpələr kimi görünür. Lakin 1-2 il ərzində sümük, əzələ, dəri toxumasının dəyişməsi ilə özünü göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.