Vyana Dövlət Operasının prestijli balet akademiyasında uşaqlara çəkilərini nəzarətdə saxlaya bilmək üçün siqaret çəkmələri tövsiyə olunub.
Milli.Az xəbər verir ki, iddianın araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Komissiya gənc balerinlərin çətin təlim, məşq və performans prosesindən keçdiklərini vurğulayıb.
Araşdırma nəticəsində balerinlərin ayrı-seçkilikdən, diqqətsizlikdən və mənfi tibbi təsirlərdən kifayət qədər qorunmadıqları aşkarlanıb. Məşqlərə nəzarətin aşağı olduğu və uşaqların təhlükəyə atıldığı qeyd edilib.
Qeyd edək ki, Vyana Dövlət Operasının sözügedən akademiyası 1711-ci ildə qurulub və məzunları London Krallıq Baleti, Nyu-York Balet Teatrı kimi məşhur səhnələrdə çıxış edir. (publika.az)
Milli.Az