Maraqlı

Avstraliyada ekstremal istilər hökm sürür

18 Dekabr 2019 23:50
0 Şərh     Baxış: 1 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada dekabrın 17-də havanın hərarəti 40 dərəcəni keçərək yeni rekord müəyyən edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin meteorologiya bürosu məlumat yayıb. Bu ərəfədə termometrlər 40,9 dərəcə isti göstərib. Əvvəlki temperatur rekordu 2013-cü ilin yanvarında qeydə alınmışdı - 40,3 dərəcə.

Son aylar havaların isti keçməsi səbəbindən Avstraliyada yüzlərlə yanğın baş verib. Hazırda Sidney şəhərində 400 min hektar sahəni əhatə edən iri yanğın da daxil olmaqla, Yeni Cənubi Uels ştatında 100-dən çox yanğın ocağı qeydə alınıb. Ölkədə təbiət yanğınları nəticəsində azı altı nəfər həlak olub, 700-dən çox tikili yanaraq külə dönüb, azı 3 milyon hektar əraziyə ziyan dəyib.

Rəsmi məlumata görə, Avstraliyada meteoroloji müşahidələr tarixi ərzində 2019-cu il ən isti il ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.