Məad haqqında ən doğru əqidə budur ki, məad hər cismi və həm də ruhi olacaqdır. Mərhum Əllamə Məclisi buyurur: "Cismani məad - o mövzulardandır ki, bütün din sahibləri onun olacağını bildirirlər. Bu mövzu - dinin zərurətlərindəndir. Hər kim onu inkar edərsə, müsəlman olmaqdan xaric olar".
Onlar deyirlər: "Bu doğrudur ki, hər bir günahın və ya savabın cəzasını və ləzzətini ruh hiss edər. Ancaq bu ləzzətləri dərk etmək üçün ruhun cismə ehtiyacı vardır. Ona görə də məad cismani olmalıdır ki, həm ləzzəti və həm də cəzanı hiss etsin".
Bunu isbat etmək üçün bəzi Quran ayələrinə və hədislərə müraciət edək:
1. "Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?
Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik". ("Qiyamət" 3-4).
2. "De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər (növ) xilqəti, hər bir yaradılışı biləndir"". ("Yasin" 79).
3. "Və buna görə(dir) ki, Qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir". ("Həcc" 7).
Sədrul-mütəllihin yazır: "Qiyamət günü insanın bədəni ilə məhşur olması haqqında demək olar ki, bədənlər qəbirlərdən qalxacaqdır. Belə ki, hər kim onu tək-tək görsə, deyər ki, bu, filankəsdir".
Əllamə Tehrani yazır: "Bütün İslam əhli və hədis səhabələri bu əqidədədir ki, məad ancaq cismani olacaqdır. Ruh onların nəzərində elə bir şeydir ki, insan bədəninə axar: gül suyu və yağ kimi".
Bunu qeyd etməliyik ki, insan Qiyamət günü cismi ilə məhşur olsa da, bu cismi dünyada olan cismi olmayacaqdır, ona bənzər və Qiyamətin şərtlərinə əməl edə bilən bədən olacaqdır. Bu bədən əgər cəza alarsa, yenidən əvvəlki vəziyyətinə qayıtmaq qabiliyyətinə malik olacaqdır. Belə ki, əgər cəhənnəm atəşində yanarsa, yenidən bərpa olar və ət, sümüklə əhatə olunar.
Beləliklə, deyə bilərik ki, Qiyamət günü insan cismi və ruhi ilə həşr olacaq (diriləcək) və cəza, savab görəcəkdir. Bu qiyafəsi ilə ya cənnətə gedəcəkdir, ya da cəhənnəmə.
Milli.Az