Maraqlı

Dünyanın ən qocaman ailə cütlüyü toylarının 80 illiyini qeyd edib

18 Dekabr 2019 02:30
1 Şərh     Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən qocaman ailə cütlüyü - 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta nikahlarının 80 illiyini qeyd edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Con həyat yoldaşı Şarlottanı ABŞ-ın Texas ştatındakı Lonqhorn şəhərində keçirilən təntənəli mərasimə 1920-ci il modelli ikiyerlik avtomobillə gətirib və ona ilk görüşlərində olduğu kimi, gül dəstəsi hədiyyə edib.

Con və Şarlotta 1934-cü ildə Texas universitetində tanış olublar və 1939-cu ildə ailə həyatı qurublar.

Dekabrın 16-da ailə cütlüyünün ümumi yaşı 211 il və 175 günə çatıb. Onların sözlərinə görə, uzunömürlülüyün və xoşbəxt ailə həyatının sirri mülayimlikdə və qarşılıqlı məhəbbətdədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.