Maraqlı

Mitsubishi Pajero yolsuzluq avtomobili Nissan Patrol-dan platforma alacaq

19 Dekabr 2019 08:25
0 Şərh     Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mitsubishi və Nissan şirkətləri əldə edilən alyans sayəsində Mitsubishi Pajero yolsuzluq avtomobili üçün yeni platformanın istifadəsi barədə razılığa gələ biliblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, burada əsasən Nissan Patrol-un aktual krossover modifikasiyasının arxitekturasından istifadə ediləcək. Beləliklə, istehsalçılar inkişaf etmiş texnologiyaların daha da təkmilləşməsi üçün cəlb olunacaq vəsaitə əhəmiyyətli dərəcədə qənaət edə biləcəklər. Əldə edilmiş alyans sayəsində yaxınlarda istehsalı dayandırılmış modellərin istehsalını bərpa etmək mümkün olub.

İstehsalçılar tezliklə geniş auditoriyaya təqdim oluna biləcək yapon yolsuzluq avtomobilinin bütün xüsusiyyətlərini hələ açıqlamırlar. Mitsubishi Pajero-nun satışa dəqiq daxilolma tarixi hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.