"United Airlines" aviaşirkətinin təyyarəsi San-Dieqo - Çikaqo marşrutu ilə uçuş həyata keçirən zaman mühərrikin yanması səbəbindən Albukerke (Nyu-Meksiko ştatı) hava limanına təcili eniş edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "CNN" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Aviaşirkətin nümayəndəsinə istinad edən "CNN" eniş zamanı heç kimin xəsarət almadığını və reysin sərnişinlərinin başqa bir təyyarə ilə Çikaqoya göndərildiyini bildirib.
Milli.Az