Maraqlı

Hyundai Santa Fe-nin ucuz analoqu hibrid versiyasını alacaq

17 Dekabr 2019 21:10
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haima 8S Çin krossoverinin satışı bu ilin iyul ayından etibarən yerli bazarda başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, istehsalçılar faktiki olaraq müasir nəsil Hyundai Santa Fe modelinin dizaynını tamamilə kopyalayıblar. Yenilənmiş krossover müvafiq olaraq 148 və 194 at gücünə malik olan 1,2 və 1,6 litrlik mühərriklərlə satılır. Qeyd etmək lazımdır ki, yenilik avtomatik və ya robotlaşdırılmış transmissiya ilə gəlir.

Gələcəkdə Haima 8S hibrid krossover modifikasiyasının da buraxılması planlaşdırılır, bu modifikasiya maksimal ekoloji təmizliyi əldə edəcək. Krossoverin salonunda multimedia sisteminin genişləndirilmiş ekranı quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.