Maraqlı

Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək

17 Dekabr 2019 08:41
0 Şərh     Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Garmin" naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texnologiya hazırlayıb.

"Autoland" adlandırılmış yeni sistem kritik vəziyyətlərdə əlçatan olacaq. İstehsalçının sözlərinə görə, yeni hazırlama aviasiya sənayesini tamamilə dəyişəcək. Məsələn, adi bir sərnişin enmə zamanı pilotu əvəz edə biləcək. Bunun üçün sistemi işə salan bir düyməyə sıxmaq lazımdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni texnologiya təyyarənin və 200 dəniz mili radiusundakı ən yaxın aeroportun yerini avtomatik müəyyənləşdirəcək.

Yeni naviqasiya sistemi, həmçinin yanacağın səviyyəsini, hava şəraitini və uçuşun müddətinə təsir göstərəcək başqa amilləri müəyyənləşdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.