Maraqlı

“Əşyaların interneti”ni əvəzləyəcək texnologiya məlum olub

17 Dekabr 2019 08:21
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ericsson" şirkəti istehlak texnologiyaları sahəsində əsas yeniliklərə həsr edilən illik tədqiqatın nəticələrini dərc edib. Bu dəfə əsas mövzu analitiklərin qənaətinə görə, "Əşyaların interneti"ni əvəzləyəcək "Hisslər interneti" olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Hisslər interneti" dedikdə rəqəmli qurğuların tətbiqi ilə göstərilən və bütün hissiyyat orqanlarını - görmə, eşitmə, dadbilmə, iybilmə və toxunuşu əhatə edən xidmətlər iqtisadiyyatı nəzərdə tutulur. "Hisslər interneti" süni intellekt, virtual reallıq (VR), əlavə reallıq (AR), "5G" və avtomatlaşdırma kimi mütərəqqi texnologiyalar əsasında yaradılan xidmətləri formalaşdırır.

Respondentlərin fikrincə, "Hisslər interneti" 2030-cu ildə bütün sahələrdə tətbiq ediləcək. Həmin müddətədək fiziki reallığın ayrılmaz elementlərinə çevriləcək bütün növ sensorlardan istifadə etməklə göstərilən xidmətlər elektron qurğularla ciddi rəqabət aparacaq.

"Hisslər interneti"nin inkişafına daha çox əlavə reallıq elementli yeni əyləncəli xidmətlər və internet üzərindən həyata keçirilən alış-verişlər, eləcə də qlobal istiləşmə təhlükəsi nəticəsində insanların fəaliyyətlərinin ekologiyaya təsirini minimuma endirmək üçün göstərdiyi səylər xidmət edəcək.

İstehlakçıların üçdə ikisinin fikrincə, texnologiyaların inkişafı onunla nəticələnəcək ki, virtual reallıq eynəklərində təyinat yeri haqqında fikirləşməklə xəritədə marşrutu göstərmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.