Maraqlı

The Boring Company şirkəti Las Veqasda yeraltı tunelin inşasına start verib

22 Noyabr 2019 23:50
0 Şərh     Baxış: 774
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

The Boring Company şirkəti Las Veqasdakı 80 hektar ərazini əhatə edən sərgi mərkəzində yeraltı tunelin inşasına start verib. Layihənin 2021-ci ildə yekunlaşacağı planlaşdırılır. İnşa edilən həmin yeraltı tunel 3 stansiya arasında saatda 250 km sürətlə hər saat 4400 sərnişini daşıyacaq. Tunel vasitəsilə sərnişinlərin çatdırılması 1 dəqiqə vaxt aparacaq. Bu barədə Hightech.plus saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkətin tunel qazan təchizatı 10 metr dərinlikdə tunelin ilk hissəsinin inşası üçün işə salınıb. Bu innovasiyalı nəqliyyat vasitəsilə 80 hektar ərazini əhatə edən sərgi mərkəzinin ərazisi üzrə 1 dəqiqə ərzində səyahət etmək mümkün olacaq. Sərgi mərkəzi 3 sərnişin stansiyasından ibarət olacaq və sərgi zallarını birləşdirəcək. Həmin sərgi zalları isə 2021-ci ildə inşa ediləcəklər. Sərnişinlərin daşınılmasını isə Tesla avtomobilləri əsasında hazırlanacaq avtonom elektrikli kapsullar reallaşdıracaqlar. Tunelin 2021-ci ilin yanvar ayında yekunlaşması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.